Məşhur sənətçi canlı yayım açdı,


Dünya 11 Sen 2019 10:49:00 238 0

Məşhur sənətçi canlı yayım açdı,

Polisin "dur" əmrinə tabe olmayan və asayiş keşikçilərinə bıçaq çıxaran məşhur reper Brian J. Quinones güllələnərək öldürülüb. 

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur sənətçi o məqamda sosial şəbəkə hesabından canlı yayımda olub.

Hadisə Amerikanın Minneapolis şəhərində ötən həftənin cümə axşamı baş verib. Brian J. Quinones qırmızı işığı keçdiyi üçün polis xəbərdarlıq edərək maşınını kənara çəkməsini söyləyib. Sənətçi dayanmaq əvəzinə qaçıb. Brian polisdən qaçma anlarını Facebook hesabından canlı yayımlayıb.

Polis onu yaxalamaq üzrə olarkən qaça bilməyəcəyini anlayan Brian maşınından əlində bıçaqla enib. Polis Briana bıçağı yerə atmasını istəyib. Brian bıçağı yerə atmayınca polis onu güllələyib.

(adsgarden = window.adsgarden || []).push({});