Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçib (FOTO)


Digərləri 11 Sen 2019 10:30:00 190 0

Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçib (FOTO)

Rəşad və Rəşid Azadlı qardaşları yüksək bal toplayaraq (Rəşad 679.3 bal, Rəşid 663 bal) Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasını seçiblər.

Bakı. Rəşad və Rəşid Azadlı qardaşları yüksək bal toplayaraq (Rəşad 679.3 bal, Rəşid 663 bal) Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasını seçiblər. Neft-qaz sənayesinə maraq atalarının uzun illər SOCAR-ın Qaz İxrac İdarəsində işləməsi ilə yaranıb. Bununla belə, valideynləri onların ixtisas seçimlərinə heç bir müdaxilə etməyiblər. Onlar ixtisasları üzrə Bakı Ali Neft Məktəbində peşəkar ingilisdilli mühəndis kimi yetişəcəklərinə əmindirlər. Rəşad deyir ki, əkiz olduqları üçün maraq dairələri də eynidir. Hər ikisi tennis oynamağı çox sevirlər. Əkizlər BANM-də eyni ixtisasla yanaşı, həm də, eyni qrupda təhsil alacaqlar. Hər iki qardaş Bakı şəhəri 147 saylı Texniki Humanitar liseyinin məzunudurlar.