Bakıda itkin düşən 3 yaşlı qız tapıldı


Digərləri 11 Sen 2019 10:08:00 227 0

Bakıda itkin düşən 3 yaşlı qız tapıldı

Paytaxtda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.

Son.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.

Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.