Bakı polisi yeni dərs ilinin başlaması ilə bağlı tədbirə başladı (FOTO)


Digərləri 11 Sen 2019 09:37:00 224 0

Bakı polisi yeni dərs ilinin başlaması ilə bağlı tədbirə başladı (FOTO)

Bakı şəhər Baş Polis İdarəsi yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik aylığına start verir.

Bakı. Samir Əli - Bakı şəhər Baş Polis İdarəsi yeni dərs ilinin başlanması ilə əlaqədar təhlükəsizlik aylığına start verir. İdarənin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin müvafiq göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-dən oktyabr ayının 15-dək "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək: "Tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır".