Sərnişin təyyarəsi məcburi eniş edib 176 sərnişin...


Dünya 11 Sen 2019 09:01:00 226 0

Sərnişin təyyarəsi məcburi eniş edib  176 sərnişin...

"Swoop" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kanadanın Ebbotsford şəhərində (Britaniya Kolumbiyası əyaləti) məcburi eniş edib.

Son.az bildirir ki, Trend-in "CBC" telekanalına istinadən verdiyi məlumata görə, təyyarənin məcburi eniş etməsinə səbəb quşla toqquşması olub.

Məlumata əsasən, təyyarənin göyərtəsində 176 sərnişin olub. İnsident nəticəsində xəsarət alan olmayıb.