“Xaş-xaş 2019”: 2 tondan artıq narkotik bitki yandırıldı (FOTO)


Digərləri 11 Sen 2019 09:04:00 247 0

“Xaş-xaş 2019”: 2 tondan artıq narkotik bitki yandırıldı (FOTO)

Oğuzda 2 tondan artıq narkotik bitki yandırılıb

Bakı. “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Xaçmaz kəndi ərazisində 2 hektara yaxın ərazidə yabanı halda bitmiş hündürlükləri 60-70 sm, ümumi çəkisi 2 ton 200 kq olan 4150 ədəd narkotik tərkibli çətənə bitkiləri yandırılaraq məhv edilib. Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.