"Dorian"ın qurbanlarının sayı 50yə çatıb


Dünya 11 Sen 2019 08:53:00 217 0

"Dorian"ın qurbanlarının sayı 50yə çatıb

Baham adalarında "Dorian" qasırğasının qurbanlarının sayı artıb.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, qasırğas nəticəsində azı 50 nəfər həlak olub. Daha əvvəl 45 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, çox sayda sakinlərin itkin düşmüş sayılması səbəbindən ölənlərin sayı arta bilər.

Bildirilir ki, Qasırğa nəticəsində adada təxminən 13 min tikili dağılıb və ya ziyan dəyib, böyük ərazilər su altında qalıb.