Budapeştin mərkəzində... neft axtaracaqlar


Dünya 11 Sen 2019 08:57:00 44 0

Budapeştin mərkəzində... neft axtaracaqlar

Macarıstan hökuməti xeyli hissəsi Budapeştin sıx məskunlaşmış rayonlarında yerləşən yataqlarda neft və qaz kəşfiyyatı və hasilatı üçün tender elan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tender sənədlərində doqquz digər konsessiya ərazisi ilə yanaşı, Tekeli və Döji Dyord küçələrinin tini, Nepştadion, Qrupama arenası, Kerepeşi qəbiristanlığı, Nepliqet, bütün Cənubi Peşt, Çepel və Budafok-Teten rayonlarının da adları çəkilir. Portalın verdiyi məlumata görə, tenderdə qalib gələn şirkət karbohidrogen ehtiyatlarının kəşfiyyatına və hasilatına 2020-ci ildə başlaya biləcək. Gözlənildiyinə görə, tenderin qalibi olacaq şirkət ("MOL Nyrt" və ya xarici kapitallı digər iri neft şirkəti) adları çəkilən ərazilərdə 20 il ərzində xam neft və təbii qaz hasil edə biləcək. Bu barədə kontraktın 2020-ci ilin əvvəlində imzalanması nəzərdə tutulur.

Bu əhvalatın problemli cəhəti ondan ibarətdir ki, adı çəkilən fəaliyyət hay-küylü, təhlükəli və ekologiya üçün zərərlidir. Macarıstan geologiya xidməti planlaşdırılan layihənin ətraflı təhlil edildiyi kompleks hesabat hazırlayıb. Lakin bir məsələ diqqəti cəlb edir ki, müvafiq işlərin həyat keçirilməsi üçün əsas mane həmin ərazilərdə yaşayan insanlar olacaq. Hesabatda geoloji kəşfiyyat işlərinin aparılacağı rayonun bioloji şəraiti, gözlənilən qazma texnologiyaları, habelə fövqəladə vəziyyətlərin, ekologiya ilə bağlı problemlərin və səs-küy səviyyəsinin qarşısının alınması məsələləri müfəssəl qiymətləndirilir. Bundan əlavə, hesabatda landşaftın mümkün dəyişmələri, mədəni irs obyektlərinə dəyə biləcək zərər nəzərdən keçirilir. Lakin sənəddə planlaşdırılan işlərin insanların həyatının keyfiyyətinə və daşınmaz əmlakın qiymətlərinin səviyyəsinə təsiri, eləcə də hasilat şirkətinin üzləşə biləcəyi ictimai müqavimət barədə bircə kəlmə də deyilmir.

Faydalı qazıntıların hasilatı barədə qanuna 2010-cu ildə edilmiş dəyişiklik faydalı qazıntı hasilatı üzrə fəaliyyət üçün lisenziya alınması prosesini xeyli sadələşdirib, bu proses çox cəhətdən daha çevik olub, lakin indiki halda neft və qaz hasilatını Budapeştin və Aqlomerasiyanın torpaqlarında həyata keçirmək nəzərdə tutulur, halbuki prinsip etibarilə şəhər ərazisində bu cür fəaliyyət həyata keçirilə bilməz. Müxtəlif rayonların və yaşayış məntəqələrinin bu layihəyə münasibəti birmənalı olmayıb. Məsələn, Ferensvaroş və Zuqlo rayonları faydalı qazıntı hasilatı barədə söhbət belə ola bilməyəcəyini bəyan etdikləri halda digər bələdiyyələr bu layihəyə başqa cür yanaşa bilər. O cümlədən, Etyek bələdiyyəsinin hakimiyyət orqanları yalnız bunu xahiş ediblər ki, layihənin həyata keçirilməsi çərçivəsində zirzəmilərin uçması riski ilə əlaqədar müvafiq avadanlığın işinə "xüsusi diqqət" yetirilsin.

Hesabatda deyilir ki, ərazidə şəhər tipli tikililərin olması karbohidrogenlərin təhlükəsiz hasilatına maneə törətmir, çünki təhlükəli, o cümlədən ekoloji xarakterli amillərin əksəriyyəti quyuların qazıldığı ərazidə cəmləşir. Bu halda əgər tapılmış yataqların üzərində qazma aparmaq mümkün deyilsə, maili quyular qazmaq olar. Nəzəri cəhətdən, bu halda həmin yataqlara hətta bir neçə kilometr aralıda qazılmış quyudan yol açmaq mümkündür.

Kanadada sərnişin təyyarəsi məcburi eniş edib like
  • 11 Sen 08:55  
Digərləri Kanadada sərnişin təyyarəsi məcburi eniş edib

"Swoop" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kanadanın Ebbotsford ş

arrow Ətraflı
"Dorian"ın qurbanlarının sayı 50yə çatıb like
  • 11 Sen 08:53  
Dünya "Dorian"ın qurbanlarının sayı 50yə çatıb

Baham adalarında "Dorian" qasırğasının qurbanlarının sayı art

arrow Ətraflı
İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib like
  • 11 Sen 08:49  
Dünya İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

İsrailin qırıcı təyyarələri Qəzza zolağında Həmasın 15 hərbi mövqe

arrow Ətraflı
Kompüteriniz üçün maraqlı FOTOSESSİYA like
  • 11 Sen 08:45  
Digərləri Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
7 otaqlı ev yanıb like
  • 11 Sen 08:42  
Digərləri 7 otaqlı ev yanıb

Astara rayonunun Şahağac kəndində ümumi sahəsi 260 m² olan ikimərtəbəl

arrow Ətraflı
ABŞın Kabildəki səfirliyi yaxınlığında partlayış olub like
  • 11 Sen 08:39  
Dünya ABŞın Kabildəki səfirliyi yaxınlığında partlayış olub

ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi yaxınlığında gücl

arrow Ətraflı
Dünyanın ən gözəl kəpənəkləri TÜRKİYƏDƏ  FOTO like
  • 11 Sen 08:36  
Digərləri Dünyanın ən gözəl kəpənəkləri TÜRKİYƏDƏ FOTO

Son.az ölkə.az-a istinadən bildirir ki, Avropanın ən böyük kəpənək uç

arrow Ətraflı
Dünyada hər 40 saniyədən bir intihar halı baş verir like
  • 11 Sen 08:33  
Dünya Dünyada hər 40 saniyədən bir intihar halı baş verir

Dünya Səhiyyə Təşkilatının (DST) hesabatında bildirilir ki, dünyada hə

arrow Ətraflı
Alyaska körfəzində güclü zəlzələ olub like
  • 11 Sen 08:30  
Dünya Alyaska körfəzində güclü zəlzələ olub

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Yer üzündəki ən qədim xalq MÜƏYYƏN OLUNDU like
  • 11 Sen 08:27  
Digərləri Yer üzündəki ən qədim xalq MÜƏYYƏN OLUNDU

Yer üzündəki ən qədim xalq müəyyənləşdirilib.

arrow Ətraflı
Bu il 1716 nəfər əlilliyi olan şəxs işlə təmin edilib like
  • 11 Sen 08:24  
Digərləri Bu il 1716 nəfər əlilliyi olan şəxs işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq

arrow Ətraflı
Oskar laureatı yeni filmə çəkiləcək like
  • 11 Sen 08:20  
Digərləri Oskar laureatı yeni filmə çəkiləcək

Amerikalı aktyor Tom Xenks "Paramount Pictures" kompaniyasının yara

arrow Ətraflı
Filippin sahillərində 5,6 bal gücündə zəlzələ olub like
  • 11 Sen 08:16  
Digərləri Filippin sahillərində 5,6 bal gücündə zəlzələ olub

Filippin sahillərində 5,6bal gücündə zəlzələ baş verib

arrow Ətraflı
Polad Bülbüloğlu Malena Mardı qəbul edib  FOTO like
  • 11 Sen 08:16  
Siyasət Polad Bülbüloğlu Malena Mardı qəbul edib FOTO

Cari ilin 10 sentyabr tarixində səfir Polad Bülbüloğlu İsveç Krallığın

arrow Ətraflı