Kanadada sərnişin təyyarəsi məcburi eniş edib


Digərləri 11 Sen 2019 08:55:00 205 0

Kanadada sərnişin təyyarəsi məcburi eniş edib

"Swoop" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kanadanın Ebbotsford şəhərində (Britaniya Kolumbiyası əyaləti) məcburi eniş edib

Bakı. "Swoop" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kanadanın Ebbotsford şəhərində (Britaniya Kolumbiyası əyaləti) məcburi eniş edib. Trend-in "CBC" telekanalına istinadən verdiyi məlumata görə, təyyarənin məcburi eniş etməsinə səbəb quşla toqquşması olub. Məlumata əsasən, təyyarənin göyərtəsində 176 sərnişin olub. İnsident nəticəsində xəsarət alan olmayıb.