Alyaska körfəzində güclü zəlzələ olub


Dünya 11 Sen 2019 08:30:00 202 0

Alyaska körfəzində güclü zəlzələ olub

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə 20:32-də qeydə alınan yeraltı təkanların episentri Sitka şəhərindən 251 kilometr qərbdə, ocağı isə 11,9 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.