Polad Bülbüloğlu Malena Mardı qəbul edib FOTO


Siyasət 11 Sen 2019 08:16:00 60 0

Polad Bülbüloğlu Malena Mardı qəbul edib  FOTO

Cari ilin 10 sentyabr tarixində səfir Polad Bülbüloğlu İsveç Krallığının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri xanım Malena Mardı onun xahişi ilə qəbul edib.

Son.az-ın səfirliyə istinadən verdiyi məlumata görə, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın Rusiyadakı səfiri, ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb və Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində həyata keçirdiyi fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan ilə İsveç arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin, iki ölkənin mövcud potensialından tam şəkildə istifadə olunmasının vacibliyi vurğulanıb.

Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı durumu barədə ətraflı söhbət açaraq, bir milyondan artıq həmvətənimizin doğma yurd-yuvalarından məcburi köçkün və qaçqın düşməsinə səbəb olmuş işğal faktının hələ də davam etdiyini bildirib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləyən Azərbaycanın səfiri, mövcud status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. Bundan əlavə o qeyd etmişdir ki, Azərbaycanın üzləşdiyi problem bilavasitə separatçılıqla bağlıdır. Avropanın bir sıra ölkələrinin də qarşılaşdığı bu kimi təhdidlərdən heç bir dövlətin sığortalanmadığını və belə çağırışlarla mübarizədə bütün dövlətlərin səylərinin birləşdirilməsinin vacibliyini önə çəkib. Səfir Ermənistanın hazırkı rəhbərliyinin separatçılığı təşviq edən, sülh prosesinə xələl gətirən, ölkəsinin Azərbaycana qarşı 30 ildən artıq apardığı işğalçı siyasətinə və ərazi iddiasına bəraət qazandıran bəyanatlarla çıxış etməsi və dünya birliyi tərəfindən bu cür təxribat xarakterli addımlara hüquqi qiymətin verilməməsinin beynəlxalq səviyyədə cəzasızlığın baş qaldırmasına təkan verdiyini söyləyib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Buzlaqların əriməsi nəticəsində yarımada adaya çevrilib like
  • 11 Sen 08:04  
Digərləri Buzlaqların əriməsi nəticəsində yarımada adaya çevrilib

Norveçdə buzlaqların əriməsi nəticəsində yarımada adaya çevrilib.

arrow Ətraflı
Rusiyada təyyarə biletlərinin qiyməti ilin əvvəlindən bəri 24,1 faiz bahalaşıb like
  • 11 Sen 07:56  
Dünya Rusiyada təyyarə biletlərinin qiyməti ilin əvvəlindən bəri 24,1 faiz bahalaşıb

Bu ilin yanvarından avqust ayına qədər Rusiyada ekonom-sinif aviabiletlərin

arrow Ətraflı
Alla Puqaçevanın qonşularından tələb  Malikanəsi sökülsün! like
  • 11 Sen 07:48  
Digərləri Alla Puqaçevanın qonşularından tələb Malikanəsi sökülsün!

SSRİ xalq artisti Alla Puqaçova qonşularının onun malikanəsinin sökülmə

arrow Ətraflı
"Dorian" qasırğasının qurbanlarının sayı 50-yə çatıb like
  • 11 Sen 07:14  
Digərləri "Dorian" qasırğasının qurbanlarının sayı 50-yə çatıb

Baham adalarında "Dorian" qasırğasının qurbanlarının sayı artıb

arrow Ətraflı
Həbibin papağı Rusiyada trendə çevrildi like
  • 11 Sen 06:30  
Digərləri Həbibin papağı Rusiyada trendə çevrildi

UFC çempionu Həbib Nurməhəmmədovun "Qafqazda yalnız kişilər papaq g

arrow Ətraflı
"Apple" yeni "iPad" modelini təqdim edib like
  • 11 Sen 06:21  
Digərləri "Apple" yeni "iPad" modelini təqdim edib

"Apple" şirkəti Kupertino şəhərində (Kaliforniya ştatı) yeni "iPad" mode

arrow Ətraflı