Azərbaycanda Yunanıstan və Amerika pambıq sortlarının yetişdirilməsinə başlanılıb FƏRQİ?


Digərləri 11 Sen 2019 07:52:00 60 0

Azərbaycanda Yunanıstan və Amerika pambıq sortlarının yetişdirilməsinə başlanılıb  FƏRQİ?

Azərbaycanda 12 yeni pambıq növü yetişdirilməsinə başlanılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Tərtər Regional Aqrar Elm İnnovasiya Mərkəzinin direktoru Məhərrəm Əliyev deyib.

Onun sözlərinə görə, artıq həmin pambıq sortları mərkəz tərəfindən hibridləşdirilib və təcrübə üçün 2 hektar ərazidə əkilib:

"Yeni sortların 4-ü Azərbaycan, 4-ü Türkiyə, 2-si Amerika, 2-si isə yunan sortlarıdır. Bu sortlar aqrotexniki qaydada hibridləşdirilərək əkilib. Amerika və yunan sortları yunan qaydaları ilə becərilir. Bunun üçün Yunanıstandan nümayəndə heyəti Azərbaycana dəvət edilib, onların köməkliyi ilə pambıq sortları əkilib və qulluq olunub. Yaxın günlərdə yunan nümayəndə heyəti növbəti dəfə bu məqsədlə Azərbaycana gələcək, pambıq sortunun becərilmə və məhsuldarlıq səviyyəsinə baxış keçirəcək".

M.Əliyev bildirib ki, yeni yetişdirilən pambıq növləri - "Gəncə - 110", "Gəncə - 160", "Gəncə - 114", "Gəncə - 182" Azərbaycan, "BA - 440", "Flash", "Lima" və "Karizma" Türkiyə, "Christina", "Prime - 1004" Yunanıstan, "PRG 9811" və "PRG 9048" isə Amerika sortlarıdır.

Onun sözlərinə görə, yeni sortlar may ayından icrasına başlanan "Yerli və xarici pambıq sortlarının müqayisəli qiymətləndirilməsi" layihəsi çərçivəsində əkilməyə başlayıb. Layihənin icra müddəti 3 ildir: "Bu pambıq sortları yerli pambıqlardan fərqli olaraq suya davamlıdır və tez yetişir. "Yunan" sortuna xüsusi üsulla, yunan üsulu ilə qulluq edilir. Buna layihə çərçivəsində Azərbaycana gələn yunan nümayəndə heyəti də nəzarət edir, onlar pambıq yetişənədək 4 dəfə Azərbaycana gələcək, həmin sort pambıqların becərilməsinə nəzarət edəcək. Bir sözlə, səpin, becərmə, qönçələmə və tozlanma dövrlərinə yunanlar özləri nəzarət edirlər".

Alla Puqaçevanın qonşularından tələb  Malikanəsi sökülsün! like
  • 11 Sen 07:48  
Digərləri Alla Puqaçevanın qonşularından tələb Malikanəsi sökülsün!

SSRİ xalq artisti Alla Puqaçova qonşularının onun malikanəsinin sökülmə

arrow Ətraflı
"Dorian" qasırğasının qurbanlarının sayı 50-yə çatıb like
  • 11 Sen 07:14  
Digərləri "Dorian" qasırğasının qurbanlarının sayı 50-yə çatıb

Baham adalarında "Dorian" qasırğasının qurbanlarının sayı artıb

arrow Ətraflı
Həbibin papağı Rusiyada trendə çevrildi like
  • 11 Sen 06:30  
Digərləri Həbibin papağı Rusiyada trendə çevrildi

UFC çempionu Həbib Nurməhəmmədovun "Qafqazda yalnız kişilər papaq g

arrow Ətraflı
"Apple" yeni "iPad" modelini təqdim edib like
  • 11 Sen 06:21  
Digərləri "Apple" yeni "iPad" modelini təqdim edib

"Apple" şirkəti Kupertino şəhərində (Kaliforniya ştatı) yeni "iPad" mode

arrow Ətraflı
İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib like
  • 11 Sen 05:27  
Digərləri İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

İsrailin qırıcı təyyarələri Qəzza zolağında Həmasın 15 hərbi mövqe

arrow Ətraflı
Astarada 7 otaqlı ev yanıb like
  • 11 Sen 04:51  
Digərləri Astarada 7 otaqlı ev yanıb

Astara rayonunun Şahağac kəndində ümumi sahəsi 260 m² olan ikimərtəbəl

arrow Ətraflı
"Çukur"un yeni tanıtımı izlənmə rekordu qırdı  VİDEO like
  • 11 Sen 04:30  
Digərləri "Çukur"un yeni tanıtımı izlənmə rekordu qırdı VİDEO

Türkiyənin ən çox izlənilən seriallarından olan "Çukur"un yeni

arrow Ətraflı
ABŞ-ın Kabildəki səfirliyi yaxınlığında partlayış olub like
  • 11 Sen 04:20  
Digərləri ABŞ-ın Kabildəki səfirliyi yaxınlığında partlayış olub

ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi yaxınlığında gücl

arrow Ətraflı