ABŞ-ın Kabildəki səfirliyi yaxınlığında partlayış olub


Digərləri 11 Sen 2019 04:20:00 240 0

ABŞ-ın Kabildəki səfirliyi yaxınlığında partlayış olub

ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi yaxınlığında güclü partlayış baş verib

Bakı. ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi yaxınlığında güclü partlayış baş verib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayışdan sonra siqnalizasiya işə düşüb. Siqnalizasiyanın səsi yaxınlıqdakı rayonlardan da eşidilib. Məlumata əsasən, hələki ölənlər və yaralananlar barədə xəbər yoxdur, lakin insident nəticəsində qurbanlar ola bilər. Xatırladaq ki, bu gün "Əl-Qaidə" terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirdiyi silsilə terror aktlarından 18 il ötür.