"Səhərcağı" Beynəlxalq Muğam Mərkəzinin qonağı olub


Digərləri 11 Sen 2019 01:51:00 205 0

"Səhərcağı" Beynəlxalq Muğam Mərkəzinin qonağı olub

Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı 3 gün ardıcıl olaraq “Səhərcağı” səhər efirini Beynəlxalq Muğam Mərkəzindən yayımlayıb.

Bakı. Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı 3 gün ardıcıl olaraq “Səhərcağı” səhər efirini Beynəlxalq Muğam Mərkəzindən yayımlayıb. Trend-in məlumatına görə, üç gün müddətində, canlı efirdə ölkəmizin mədəni həyatının mənzərəsi paytaxtımızın gözəl memarlıq incilərindən biri olan həm də muğam sənətimizin qoruyucu missiyasını həyata keçirən Beynəlxalq Muğam Mərkəzinin binasından bütün dünyaya yayımlandı. Verilişin qonağı olan görkəmli mədəniyyət və sənət adamları, xarici səfirliklərin nümayəndələri, ölkəmizdə qonaq olan sənət adamları Muğam Mərkəzin fəaliyyəti ilə bağlı müsbət fikirlərini, birgə əməkdaşlığın, burada keçirilən tədbirlərin, layihələrin yüksək səviyyəsindən məmnunluqlarını ifadə etdilər. Beynəlxalq Muğam Mərkəzinin direktoru, professor, Xalq artsiti Murad Hüseynov da canlı efirin qonağı olub. “Mədəniyyət” kanalının aparıcıları onlara yaradılan şəraitə görə direktora dərin təşəkkürlərini ifadə ediblər. Murad Hüseynov öz növbəsində bildirib ki, Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı Beynəlxalq Muğam Mərkəzi ilə daim sıx əməkdaşlıq edir, burada təşkil edilən konsert və layihələri bütün dünyaya işıqlandırır. Daha sonra direktor mərkəzin yeni mövsümdəki fəaliyyəti ilə bağlı məlumatı diqqətə çatdırıb. Beynəlxalq Muğam Mərkəzinin qaynar fəaliyyəti və yeni mövsümdəki layihələri ilə bol məlumatlı efiri sizlərə təqdim edirik. Efiri bu linkdən izləyə bilərsiniz https://www.youtube.com/watch?v=YXsllr2Jys4