"Bakı Cinema Club"ları Ailə TV-yə keçir (FOTO)


Digərləri 11 Sen 2019 00:48:00 367 0

"Bakı Cinema Club"ları Ailə TV-yə keçir (FOTO)

“Leo Private Cinema” və “Manhattan Lounge & Rooms” Ailə TV-nin Ailə Cinema xidmətinə qoşuldu.

Bakı. Bu ay Bakının daha iki özəl Cinema Club-u: “Leo Private Cinema” və “Manhattan Lounge & Rooms” Ailə TV-nin Ailə Cinema xidmətinə qoşuldu. Şirkətin IPTV xidmətində yayımlanan 214 kanala əlavə olaraq təqdim olunan Ailə Cinema xidmətinin özəlliyi ondan ibarətdir ki, burada müxtəlif film, serial və cizgi gilmlərini çox rahat izləmək olar. Film bazası çox zəngindir və daim internet üzərindən avtomatik rejimdə yenilənir. Həm Rus həm də türk və ingilis dilində kontent mövcuddur. Xidmətdən istifadə üçün cinema club-un hər otaqında ayrı Ailə TV Player cihazları quraşdırılır, lakin hər 3 cihaza görə aylıq abunə haqqı 10 azn təşkil edir. Çox sərfəli və rahat xidmət olduğundan və hər film üçün ayrı-ayrı disklər toplamaq zəruriyyətindən xilas etdiyindən şəhərimizin Cinema Club-ları Ailə TV-ni seçir. Qeyd edək ki, Ailə TV Player cihazları ilə Ailə Cinema xidmətinə Azərbaycanda ilk dəfə “Hollywood Cinema” kinoklublar şəbəkəsi qoşulmuşdur, hal-hazırda Cinema Club-lardan başqa bu xidmət şəhərimizin müxtəlif mehmanxanaları və restoranlarında da təqdim olunur, bunların sırasında Marxal Resort & Spa, Crossway Baku Hotel, Sea Pearl Hotel, Malakhan Hotel, Hofbräuhaus München Pub, Harbour Indian Cuisine restoranını qeyd etmək olar. Eyni zamanda hər kəs fərdi şəkildə də Ailə TV Player cihazı əldə edərək öz evində cihazı televizora qoşmaqla film, cizgi filmi, serial seyrindən həzz ala bilər. Xidmətdən istifadə üçün minimal 2-3 mbit/s internet bağlantısı yetərlidir.