"SAY:Unity" layihəsi gəncləri birləşdirir, komanda yaradır FOTO


Digərləri 11 Sen 2019 00:03:00 77 0

"SAY:Unity" layihəsi gəncləri birləşdirir, komanda yaradır  FOTO

"İrəli" İctimai Birliyi tərəfindən uzun müddətdir davam edən SAY hərəkatının növbəti "SAY:Unity" layihəsi baş tutub.

Son.az Trend-ə istinadən bildirir ki, açıq hava şəraitində qurulan yaşayış çadırlarında qalan iştirakçılar gənclərlə iş üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə ediblər. Ümumilikdə layihə çərçivəsində gənclərə vahid komanda halında işləmək, komanda quruculuğu, komanda əhval-ruhiyəsinin artırılması istiqamətləri üzrə təlimlər keçirilib. Komanda quruculuğu haqqında danışılarkən "Effektiv komandanın səciyyəvi xüsusiyyətləri, Komandanın inkişafı və birliyi, Konstruktiv Kommunikasiya" haqqında ətraflı olaraq layihə iştirakçılarına məlumatlar verilib.

"İrəli" gənclərinin təşəbbüsü nəticəsində baş tutan "SAY: Unity" layihəsi "İrəli" İctimai Birliyinin SAY hərəkatı adı altında keçirdiyi sayca 8-ci layihədir. Azərbaycanın Quba rayonunda baş tutan layihədə 50-ə yaxın gənc iştirak edib.

Layihə çərçivəsində Azərbaycanın atributlarını özündə əks etdirən 6 komanda ("Alov", "Muğam", "Kəpəz", "Nar", "Qobustan" və "Xarı Bülbül") müxtəlif fəaliyyətlər üzrə bir-biri ilə mübarizə aparıblar.

Maarifləndirici əhəmiyyət daşıyan bu layihənin produktiv olması əsas məqsəd olub və çərçivəsində praktiki sessiya: komanda təqdimatları baş tutub və bir neçə fərqli istiqamətlər üzrə komandalar yarışıblar. Layihənin növbəti günlərində Hiking və həmrəylik oyunları keçirilib. Eyni zamanda ip dartma, Voleybol və futbol yarışı keçirilib, praktiki sessiyada komandalar hazırladıqları rəqsləri təqdim ediblər.

Düşərgə müddətində "İrəli" İctimai Birliyin sədri MirHəsən Seyidov gənclərlə birlikdə olub və öz çıxışında komanda halında işləməyin, birlik olmağın vacibliyini vurğulayaraq gənclərlə müxtəlif müzakirələrdə iştirak edib. "Ölkə başçısı hər zaman gəncləri qətiyyətlə dəstəkləyir. Dövlət siyasətinin əsasında gənclərin milli ruhda, vətənpərvər, təhsilli və sağlam gənc kimi yetişməsi ana məqsəddir. Gənc kadrların yüksək vəzifələrə təyin olunması, istedadlı gənclərimizin ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı uğurla təmsil etməsi məhz uğurlu dövlət gənclər siyasətinin bariz nümunəsidir"-deyə, sədr bildirib.

(adsgarden = window.adsgarden || []).push({});
Günün qoroskopu: Süst və tənbəl olmayın like
  • 11 Sen 00:01  
Digərləri Günün qoroskopu: Süst və tənbəl olmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Voleybolçu xanım İnstagram ulduzu oldu  FOTO like
  • 10 Sen 23:58  
Digərləri Voleybolçu xanım İnstagram ulduzu oldu FOTO

Amerikalı voleybolçu Cordan Yauch İnstagram-da sürətlə populyarlaşır.

arrow Ətraflı
Boris Conson “Brexit” prosesi üzərində nəzarəti itirdi like
  • 10 Sen 23:55  
Digərləri Boris Conson “Brexit” prosesi üzərində nəzarəti itirdi

Böyük Britaniyanın qanunvericiləri müqaviləsiz "Brexit" in qada

arrow Ətraflı
GürcüstanErmənistan sərhədində like
  • 10 Sen 23:53  
Dünya GürcüstanErmənistan sərhədində

Ermənistan ərazisində, Gürcüstan-Ermənistan sərhədi yaxınlığında ard

arrow Ətraflı
Bu rayonlarda qaz olmayacaq like
  • 10 Sen 23:51  
Digərləri Bu rayonlarda qaz olmayacaq

Sentyabrın 11-də saat 09:00-dan Şəki rayonunun Turan qəsəbəsi və bir ne

arrow Ətraflı
"SAY:Unity" layihəsi gəncləri birləşdirir, komanda yaradır (FOTO) like
  • 10 Sen 23:49  
Digərləri "SAY:Unity" layihəsi gəncləri birləşdirir, komanda yaradır (FOTO)

“İrəli” İctimai Birliyi tərəfindən uzun müddətdir davam edən SAY h

arrow Ətraflı
Acer ən yüngül noutbukunu təqdim etdi – like
  • 10 Sen 23:45  
Digərləri Acer ən yüngül noutbukunu təqdim etdi –

Berlində keçirilən qlobal mətbuat konfransında Acer-in ən son yenilikləri

arrow Ətraflı
Həzrət Əli Əsğər haqqında like
  • 10 Sen 23:40  
Digərləri Həzrət Əli Əsğər haqqında

İmam Hüseynin (ə) kiçik oğlu Həzrət Əli Əsğər (ə) Kərbəla şəhidl

arrow Ətraflı
Orqanizm üçün ən faydalı bitki və qidalar like
  • 10 Sen 23:35  
Digərləri Orqanizm üçün ən faydalı bitki və qidalar

"Time" jurnalı tarixin bütün dövrlərində  orqanizm üçün ən

arrow Ətraflı
Bakıda lazer epilyasiyasında qızın gözünü zədələdilər – like
  • 10 Sen 23:25  
Digərləri Bakıda lazer epilyasiyasında qızın gözünü zədələdilər –

Bakıda Fidan Məmmədova adlı gənc qızın başına ağlagəlməz bir hadisə

arrow Ətraflı
Gürcüstan-Ermənistan sərhədində 5,2 və 4,2 bal gücündə zəlzələlər olub like
  • 10 Sen 23:21  
Digərləri Gürcüstan-Ermənistan sərhədində 5,2 və 4,2 bal gücündə zəlzələlər olub

Ermənistan ərazisində, Gürcüstan-Ermənistan sərhədi yaxınlığında ard

arrow Ətraflı
Allaha təvəkkül etmək necə olur? like
  • 10 Sen 23:20  
Digərləri Allaha təvəkkül etmək necə olur?

İslam dinində bəndə ilə Allah arasında olan xüsusi rabitələrdən biri d

arrow Ətraflı