GürcüstanErmənistan sərhədində


Dünya 10 Sen 2019 23:53:00 238 0

GürcüstanErmənistan sərhədində

Ermənistan ərazisində, Gürcüstan-Ermənistan sərhədi yaxınlığında ardıcıl iki zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki,  Gürcüstanın Seysmologiya Mərkəzinin verdiyi məlumata görə, birinci zəlzələnin maqnitudası 5,2 bal olub. Yeraltı təkanın episentri Ermənistan ərazisində, Gürcüstanla sərhəddən 8 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

İkinci zəlzələnin maqnitudası 4,2 bal olub. Zəlzələnin episentri Ermənistan ərazisində, Gürcüstanla sərhəddən 5 kilometr aralıda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.