Boris Conson “Brexit” prosesi üzərində nəzarəti itirdi


Digərləri 10 Sen 2019 23:55:00 252 0

Boris Conson “Brexit” prosesi üzərində nəzarəti itirdi

Böyük Britaniyanın qanunvericiləri müqaviləsiz "Brexit" in qadağan edilməsini nəzərdə tutan yeni qanun layihəsini qəbul ediblər və bu, ölkənin baş naziri olan Boris Consonun planlarını alt-üst edib.

Son.az banker.az-a istinadən bildirir ki, İngiltərə parlamentinin aşağı palatasının deputatları çərşənbə günü yeni qanun layihəsini qəbul ediblər, hansıki "Brexit" in 2020-ci il yanvarın 31-ə qədər təxirə salınmasını nəzərdə tutur. 327 deputat bu sənədin qəbul edilməsinin lehinə, 299-u isə əleyhinə səs verib.

"Conson nəzarəti itirib", - çərşənbə günü Daiwa Capital Markets-in iqtisadçıları olan Kris Şikluna və Emili Nikol qeyd ediblər.

Xatırladaq ki, daha əvvəl Boris Conson "Brexit" prosesini cari ilin 31 oktyabr tarixinə qədər başa çatdırmağı vəd etmişdir.

Qanunvericilər tərəfindən dəstək ala bilməyən nazir, 15 oktyabra qədər yeni seçkilərinin keçirilməsini xahiş edib, lakin burada da dəstək ala bilməyib.

Baş nazir seçkilərin keçirilməsini təmin etmək üçün digər vasitələrə əl ata bilər. Əgər müqaviləsiz "Brexit" ideyası gələn həftə dəstəklənsə, Leyborist partiyası seçkiləri keçirməyə razı ola bilər və bu, 15 oktyabra qədər baş tuta bilər, deyə J.P. Morgan-ın iqtisadçısı qeyd edir.

(adsgarden = window.adsgarden || []).push({});