Günün qoroskopu: Süst və tənbəl olmayın


Digərləri 11 Sen 2019 00:01:00 235 0

Günün qoroskopu: Süst və tənbəl olmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Çoxdan hazırladığınız planları reallaşdırmağa başlayın. İnsanların gur olduğu yerlərə yollanmayın. Diqqət mərkəzində olacaqsınız. Qətiyyətli olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyiş olacaq. Bəzi nüanslara fikir verin. Nə isə alınmasa, bir də cəhd edin. Unikal və ya ekssentrik olduğunuzu düşünməyin. Yaxınlarınızdan birinin maddi yardıma ehtiyacı var.

Buğa - Daha rahat, komfortlu, əlverişli şəraitdə çalışmağa can atmayın. Mərhələləri tədricən qət edin. Tələsməyin, vurnuxmaya aldanmayın. Tənbəllik etməyin, passivliyə qapılmayın. İzafi diqqət, fərdi ambisiyaların təminatı zərər verəcək.

Günün ikinci yarısında başladığınız işi sürətlə görün, yaxşı nəticəyə nail olmağa çalışın. Bütün işləri ən yüksək səviyyədə görmək mümkün deyil: bu reallığı qəbul edin.

Axşam saatlarında normal istirahət etməyə can atın.

Əkizlər - Pozitiv, yaxşı gündür. Hisslərə qapılmayın, emosiyaların əsiri olmayın. Kədər, şübhə, qısqanclıq, bezdirici xatirələr işgüzar fəaliyyətə maneələr yaradacaq. Yeni anlaşma və ya sifarişlə bağlı müzakirələri qeyri-formal şəraitdə aparmaq olar.

Günün ikinci yarısında alış-verişdə izafi xərclərə yol verməyin. Qənaətcil olun və bədxərcliyin fəsadlarını unutmayın. Aktiv işləsəniz, zəhmətinizin bəhrəsini görəcəksiniz. Yaxınlarınıza, dəyər verdiyiniz insanlara diqqətli yanaşın.

Ailə üzvləri ilə birlikdə axşam saatlarında gəzintiyə çıxmaq olar.

Xərçəng - Səxavətli olun. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün yaxınların və inandığınız insanların yardımlarından faydalana bilərsiniz. Münasibətlərdə səmimi olmağa çalışın. Saxtakar, yalançı, kütbeyin insanlardan uzaq durun.

Günün ikinci yarısında seçimdə səhv etməyin. İstirahəti ləğv etməyin - sadəcə, bir qədər ertələyin. Alış-veriş zamanı mövcud maliyyə imkanlarınızı realistcəsinə qiymətləndirin.

Axşam saatlarında səhhətinizin qeydinə qalın. Keyfiyyətli ərzağa üstünlük verin. Sağlam rasionu seçin.

Şir - Günün fonu sizə hətta ən parlaq fonda itib-batmamağa imkan verəcək. Aldığınız təkliflərin şirnikləndirici effektinə aldanmayın. Yaşanan proseslərin zahiri görüntüləri əvəzinə məzmununu qiymətləndirin.

Günün ikinci yarısında işdə rəhbərliklə mübahisə etməyin. Tapşırıq və ya sifarişi vaxtında yerinə yetirin. Yeni layihəyə başlamaq üçün əlverişli zaman deyil.

Axşam saatlarında zəruri məlumatları araya bilərsiniz.

Qız - Kütlədən seçilərək müstəqil fəaliyyət göstərə bilsəniz, yaxşı nəticələrə nail olacaqsınız. Bilik, bacarıq və təcrübənizdən yararlanın. Qətiyyətli olun. Kiçik maneələr və ya cüzi problemlər sizi ruhdan salmamalıdır.

Günün ikinci yarısında birgə fəaliyyətə və kollektiv əməyə üstünlük verin. Daha xarizmatik insanların kölgəsində qalmayın.

Axşam saatları ailəvi tədbirlər üçün əlverişlidir.

Heç nədə ifrata varmayın.

Tərəzi - Oyun qaydalarına və fəaliyyətdə ənənəvi metodikaya riayət etsəniz, pis gün deyil. Kreativ olun, sərhədləri genişləndirin. Köhnəlmiş şablonlardan və mənasız rituallardan qurtulun. Başqalarının maraq dairəsində öz mənafelərinizi təmin etməyə çalışmayın.

(adsgarden = window.adsgarden || []).push({});