Həzrət Əli Əsğər haqqında
Digərləri 10 Sen 2019 23:40:00 67 0
İmam Hüseynin (ə) kiçik oğlu Həzrət Əli Əsğər (ə) Kərbəla şəhidlərindən ən azyaşlısıdır. Kərbəla müsibətində iki şəhidin başı bədənindən qopmamışdı ki, bunlardan biri Əli Əsğər (ə) və o birisi də Hürr idi. Ancaq bəzi mənbələrə əsasən Əbu Əyyub Ğənəvi əmr edir ki, bu körpənin da cəsədini tapıb, başını bədənindən ayırsınlar. Sonra nizəyə keçirib, şəhər-şəhər gəzdirsinlər. Ubeydullahın məclisinə İmam Hüseynin (ə) başı bir təştin içində Əli Əsğərin (ə) başı ilə bir yerdə gətirilmişdi.
Bu xəbəri də oxu: Gün içində yatmaq ZƏRƏRLİDİR Alimlərdən açıqlama
İmam Hüseyn (ə) şəhidlərin cəsədləri içində ancaq bu körpəni dəfn edir. İmam Hüseyn (ə) Əli Əsğərin (ə) bədənini boğazından axan qana boyayıb, onu dəfn edir. O, tənha şəhiddir ki, İmamın (ə) qollarında can vermişdi. Yazırlar ki, o, can verən zaman göydən belə nida gəlir: "Onu Allaha tapşır. Çünki behiştdə ona süd veriləcəkdir".
Son.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) onun qanını göyə atır və ondan bir damcı da yerə düşmür. Hərmələnin (lən) oxu haqqında belə yazırlar: "Ox körpənin başını üzür". Halbuki ox adətən dəydiyi yeri deşir. Belə görünür ki, bu xüsusi oxlar idi ki, ucları enli halda hazırlanırdı. Ona görə də Əli Əsğərin boğazını üzür.
Əli Əsğər - məzlumiyyətin bariz nümunəsidir. Belə ki, o, körpə idi və düşmənin əleyihnə heç nə edə bilməzdi. Onun şəhadətindən sonra İmam (ə) başını göyə tutub buyurur: "Allahım! Bizim intiqamımızı cəfakarlardan al!". Onun məzlumiyyəti tarixdə yaddan çıxmayan hadisələrdən sayılır. İmamın (ə) xeymələrə tərəf gətirdiyi tək cənazə - bu körpənin cənazəsi olmuşdur.
Həsən Xəzaz deyir: "İmam Rzadan (ə) eşitmişdim: "Bəzi insanlar bizimlə dostluq və məhəbbət iddiasını edirlər, (amma) bizə zərərləri Dəccalın zərərindən də çoxdur".
(adsgarden = window.adsgarden || []).push({});"Time" jurnalı tarixin bütün dövrlərində orqanizm üçün ən

Bakıda Fidan Məmmədova adlı gənc qızın başına ağlagəlməz bir hadisə

Ermənistan ərazisində, Gürcüstan-Ermənistan sərhədi yaxınlığında ard

İslam dinində bəndə ilə Allah arasında olan xüsusi rabitələrdən biri d

Çarli Kappermen ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin

Alman avtomobil nəhəngi Volkswagen, Çenduda başlayan şou çərçivəsində

2019-cu il 10 Sentyabr tarixində saat 12:09-da Dövlət Sərhəd Xidmətindən

Kaspersky Lab Microsoft Office 365-in korporativ bulud poçtunu qorumaq üçün

Rusiya Prezidenti Vladimir Putin Aleksey Yejovu prokuror vəzifəsinə təyin ed

Şəriət qanunlarının tətbiq edildiyi İranda erkən yaşda evləndirilən u

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dəmirlə zəngin qidaların

Neftçalada ildırıb vuran çöbanlardan biri dünyasını dəyişib.
