Gürcüstan-Ermənistan sərhədində 5,2 və 4,2 bal gücündə zəlzələlər olub


Digərləri 10 Sen 2019 23:21:00 179 0

Gürcüstan-Ermənistan sərhədində 5,2 və 4,2 bal gücündə zəlzələlər olub

Ermənistan ərazisində, Gürcüstan-Ermənistan sərhədi yaxınlığında ardıcıl iki zəlzələ baş verib

Bakı. Ermənistan ərazisində, Gürcüstan-Ermənistan sərhədi yaxınlığında ardıcıl iki zəlzələ baş verib. Trend-in Gürcüstanın Seysmologiya Mərkəzinə istinadən verdiyi məlumata görə, birinci zəlzələnin maqnitudası 5,2 bal olub. Yeraltı təkanın episentri Ermənistan ərazisində, Gürcüstanla sərhəddən 8 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. İkinci zəlzələnin maqnitudası 4,2 bal olub. Zəlzələnin episentri Ermənistan ərazisində, Gürcüstanla sərhəddən 5 kilometr aralıda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.