AzTVnin əməkdaşları qəzaya düşdü


Digərləri 10 Sen 2019 23:02:00 221 0

AzTVnin əməkdaşları qəzaya düşdü

Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.