Putin Dağıstana yeni prokuror təyin etdi


Dünya 10 Sen 2019 23:09:00 198 0

Putin Dağıstana yeni prokuror təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Aleksey Yejovu prokuror vəzifəsinə təyin edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya Baş Prokurorluğunun saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, V. Putin Dağıstan Respublikasının prokuroru vəzifəsinə böyük ədliyyə müşaviri Aleksey Vladimiroviç Yejovu 5 illik müddətlə təyin edib.

Qeyd edilir ki, son vaxtlar Yejov Dağıstan prokurorunun müavini vəzifəsini icra edib.