Qasırğaya görə 17 min sərnişin aeroportda qaldı


Dünya 10 Sen 2019 22:12:00 213 0

Qasırğaya görə 17 min sərnişin aeroportda qaldı

Yaponiyada tüğyan etmiş "Faksay" qasırğası ilə əlaqədar Narita hava limanında 17 min sərnişin qalıb.

Son.az Trend-ə istinadən bildirir ki, təbiət hadisəsi ilə əlaqədar avtobus və qatarların hərəkəti dayanıb.

Hava limanında qalan sərnişinlərə yataq çantaları, su və qida verilib.

Bundan başqa, üç prefekturada elektrik enerjisi kəsilib. Hökumət xəstəxana və sığınacaqlarda enerjinin kəsintisiz verilməsi üçün 200-dən çox generator quraşdırmağı planlaşdırır.