Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digərləri 10 Sen 2019 22:09:49 235 0

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105017757 ISIN-li, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı. 10 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105017757 ISIN-li, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97.3093 AZN (9%) və 101.28 AZN (6.80%) olan 19 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.366 AZN (7.3%), orta ölçülmüş qiyməti 100.4837 AZN (7.23%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42 665 200.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN olub. İstiqrazların ödəmə tarixi 07.09.2021-dir