Stadiona getdiyi üçün təzyiqlə üzləşdi, özünü yandırdı FOTO


Dünya 10 Sen 2019 21:41:00 312 0

Stadiona getdiyi üçün təzyiqlə üzləşdi, özünü yandırdı  FOTO

İranda futbol matçına kişi paltarında getdiyi üçün təzyiqlərə məruz qalan Seher Khodayari özünü yandırdıqdan bir həftə sonra xəstəxanada dünyasını dəyişib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Seher Khodayari mart ayında stadiona daxil olan zaman saxlanılıb. Üç günü müvəqqəti saxlama təcridxanasına keçirən qadın daha sonra sərbəst buraxılıb. Bundan sonra o, 6 ay məhkəmə prosesinin başlanılmasını gözləyib. Hakim qarşısına çıxacağı gün məhkəməyə gedən qadın prosesin təxirə salındığını öyrənib. Buna səbəb hakimin təcili işinin çıxması olub. Prosesin təxirə salınmasından sonra Seher məhkəmədən çıxan zaman özünü yandırıb.

Qeyd edək ki, 1981-ci ildən etibarən İranda qadınlar futbol matçlarına buraxılmır. Khodayarinin qadağanı pozduğu təsdiqlənəcəyi halda, onu 6 aydan 2 ilə qədər həbs gözləyirdi.