Ermənistanda ardarda zəlzələlər oldu


Dünya 10 Sen 2019 21:42:00 228 0

Ermənistanda ardarda zəlzələlər oldu

Ermənistanda ard-arda iki zəlzələ baş verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə  Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb. 4,5 və 5 bal gücündə olan təkanlar Gürcüstanın yaşayış məntəqələrində də hiss edilib. Zəlzələlər Gürcüstan vaxtı ilə saat 20:22-də və 20:24-də qeydə alınıb.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.