3 otaqlı ev külə döndü


Digərləri 10 Sen 2019 20:31:00 273 0

3 otaqlı ev külə döndü

Sabirabad rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​