13 yaşlı oğlan 27 illik cinayətin üstünü açdı


Dünya 10 Sen 2019 19:24:00 251 0

13 yaşlı oğlan 27 illik cinayətin üstünü açdı

Kanadanın Revelstok şəhərində bir yeniyetmə 27 il əvvəl itkin düşən qadına məxsus avtomobili tapıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, avqust ayında 13 yaşlı Maks Verenka anası Nensi ilə birgə qayıqla göldə üzdüyü zaman su altında qalmış bir avtomobili görür. Ailə avtomobilin 2009-cu ildə baş vermiş bir qəza ilə əlaqəli olduğu qərarına gəlir və Kanada polis əməkdaşına müraciət edir.

"Biz ondan soruşduq ki, nəyə görə polislər maşını ordan çıxarmayıb", - Nensi danışır.

- Mənə cavab verdilər: "Nə danışırsız? Biz onu ümumiyyətlə çıxarmışıq".

Avqustun 21-də Revelstok polis əməkdaşları hadisə yerinə gəlir, lakin günəşin parlaq olması səbəbindən avtomobili su altında görə bilmirlər. Belə olan təqdirdə Maks "GoPro" ilə gölün dibinə enir və maşının şəklini çəkir.