FIG prezidenti: Dünya Çempionatına hazırlıq fantastikdir


Digərləri 10 Sen 2019 19:34:48 219 0

FIG prezidenti: Dünya Çempionatına hazırlıq fantastikdir

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Bakıda Bədii Gimnastika üzrə Dünya Çempionatını təşkil etməkdən məmnundur.

Bakı. Cani Babayeva, Ləman Zeynalova - Beynəlxalq Gimnastika Federasiyası (FIG) Bakıda Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatını təşkil etməkdən məmnundur. Trend-in məlumatına görə, bunu jurnalistlərə FIG prezidenti Morinari Vatanabe deyib. M.Vatanabe bildirib: "Hər kəs Azərbaycana məmnuniyyətlə gəlir. Dünya Çempionatına hazırlıq fantastikdir, Azərbaycan Gimnastika Federasiyası hər şeyi möhtəşəm şəkildə təşkil edib". Gimnastlarımızın əsas pillələri tutmaq və medal qazanmaq üçün böyük şanslarının olduğunu deyən FIG prezidenti Azərbaycan komandasını yüksək qiymətləndirib: "Əlbəttə ki, Azərbaycan komandası əhəmiyyətli dərəcədə inkişaf edib və qalib gəlmək üçün böyük şansları var. Dünya Çempionatının bütün iştirakçıları güclüdür, amma rəqabət rəqabətdir, buna görə kimin qalib gələcəyi əvvəlcədən məlum deyil". Qeyd edək ki, 14 ildən sonra ölkəmiz yenidən ən önəmli yarışlarından biri - Bədii Gimnastika üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.