Xırdalanda göyərçin oğruları saxlanıldı


Kriminal 10 Sen 2019 18:14:00 224 0

Xırdalanda göyərçin oğruları saxlanıldı

Xırdalanda göyərçin oğruları saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini R.Əhmədov sentyabrın 5-də gecə saatlarında həyətinə girmiş 2 nəfərin onu bıçaqla hədələyərək göyərçinlərini apardığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş O.Piriyev və M.Adilov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.