Bu saata "Aşura" ilə əlaqədar neçə nəfər qan verib? - Nazirlik açıqladı


Digərləri 10 Sen 2019 18:17:00 215 0

Bu saata "Aşura" ilə əlaqədar neçə nəfər qan verib? - Nazirlik açıqladı

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 5 809 nəfər könüllü olaraq qan verib.

Bakı. Samir Əli - Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 5 809 nəfər könüllü olaraq qan verib. Bu barədə Səhiyyə Nazirliyindən Trend-ə bildirilib. Nazirlikdən qeyd edilib ki, saat 18:00-a olan məlumata əsasən 5 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 614.1 litr qan tədarük olunub. Qeyd edək ki, Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.