Aşura günü İranda FACİƏ


Dünya 10 Sen 2019 18:07:00 240 0

Aşura günü İranda FACİƏ

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Əhər rayonunun Əliabad məhəlləsində pikap avtomobili Aşura günü mərasimini qeyd edən kütlə ilə toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Şərqi Azərbaycan vilayətinin tibbi hadisələr və təcili yardım mərkəzinin direktoru Murtaza Hüseynzadə deyib.

M.Hüseynzadənin sözlərinə görə, qəza nəticəsində 9 yaşında uşaq həlak olub, 5 nəfər ağır xəsarət alıb.

M.Hüseynzadə əlavə edib ki, yaralılar vəziyyəti ağır olduğuna görə dərhal Təbrizə göndərilib.