İranda Aşurada faciə - Ölən var


Digərləri 10 Sen 2019 17:55:00 248 0

İranda Aşurada faciə - Ölən var

Pikap avtomobili Aşura günü mərasimini qeyd edən kütlə ilə toqquşub.

Bakı. Elnur Bağışov - İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Əhər rayonunun Əliabad məhəlləsində pikap avtomobili Aşura günü mərasimini qeyd edən kütlə ilə toqquşub. Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayətinin tibbi hadisələr və təcili yardım mərkəzinin direktoru Murtaza Hüseynzadə deyib. M.Hüseynzadənin sözlərinə görə, qəza nəticəsində 9 yaşında uşaq həlak olub, 5 nəfər ağır xəsarət alıb.