Rəşad Atakişiyevin məzar daşı hazırlandı


Digərləri 10 Sen 2019 17:04:00 271 0

Rəşad Atakişiyevin məzar daşı hazırlandı

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin məzar daşı hazırlanıb.

Son.az unikal.org-a istinadən xəbər verir ki, pilotun məzarı üzərinə fotosu qoyulub, sinə daşı Azərbaycan bayrağı ilə örtülüb.

Şəhid Rəşad Atakişiyevin qaynatası, sabiq dövlət müşaviri, siyasi icmalçı Qabil Hüseynli Unikal.org-a bildirib ki, məzar daşı dövlət tərəfindən sifariş verilərək hazırlanıb:

"Hazırda hərbi təyyarənin qəzaya uğraması ilə bağlı istintaq gedir. Bizə verilən məlumata görə, Rəşad Atakisiyevin ailəsi xüsusi mükafatla təltif ediləcək.