Bu il Hindistandan Azərbaycana gələn turistlərlə bağlı STATİSTİK PROQNOZ


Digərləri 10 Sen 2019 16:54:00 196 0

Bu il Hindistandan Azərbaycana gələn turistlərlə bağlı STATİSTİK PROQNOZ

Bu ilin sonunadək Azərbaycana səfər edən hindistanlı turistlərin sayının 65 minə çatacağı gözlənilir.

Son.az xəbər verir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Yeni Delhi şəhərinə olan tur çərçivəsində təşkil edilən mətbuat konfransında deyib.

Konfransda Yeni Delhi şəhərində fəaliyyət göstərən 150-dən çox turoperator və turagentlik, o cümlədən digər turizm təşkilatları iştirak ediblər.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış Hindistandan olan təşkilatlar Azərbaycanı təmsil edən 15 turizm şirkəti ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriblər və mümkün əməkdaşlıq üçün ikitərəfli müzakirələr aparıblar.