Barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb


Digərləri 10 Sen 2019 16:22:00 221 0

Barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb

Kənd təsərrüfatı məhsullarının istehsalı 6,3 faiz artıb

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda bu ilin ilk 7 ayında kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 9,5 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,1 faiz artıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti müzakirəsi zamanı deyilib. Bundan başqa, ölkədə 643 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir. Həmçinin, tərəvəz, bostan məhsulları və ayrı-ayrı meyvəçilik sahələri üzrə də məhsuldarlıqda əsaslı artımlara nail olunub.