İsrail İranla bağlı dünyada bomba effekti yaradacaq görüntülər tapdı VİDEO


Dünya 10 Sen 2019 16:03:00 264 0

İsrail İranla bağlı dünyada bomba effekti yaradacaq görüntülər tapdı  VİDEO

İranın nüvə proqramına aid gizli bölgələr İsrail tərəfindən kəşf edilib.

Son.az xəbər verir ki, bu haqda İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində bildirib.

Netanyahu Abadeh şəhərində bir nüvə mərkəzində nüvə silahının hazırlandığını və İsrail tərəfindən kəşf edilməsindən sonra İranın mərkəzi məhv etməyə qərar verdiyini söyləyib.

Mərkəzin peykdən çəkilən fotolarını paylaşan baş nazir İsrail kəşfiyyatı tərəfindən aşkar edilən on minlərlə səhifəlik nüvə arxivinin əllərində olduğunu deyib. Onun sözlərinə görə, keçən il İranın gizli nüvə proqramı üçün materiallar və avadanlıqların saxlanıldığı Turquzabaddakı nüvə anbarı da İsrail tərəfindən aşkar edilib.

(adsgarden = window.adsgarden || []).push({});