Bakıda tanışını öldürən 22 yaşlı oğlan məhkəməyə çıxarılır


Kriminal 10 Sen 2019 16:19:00 207 0

Bakıda tanışını öldürən 22 yaşlı oğlan məhkəməyə çıxarılır

Bakıda qətl törətməkdə təqsirləndirilən Kamil Səttarlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. 

Qeyd edək ki, hadisə bu ilin mart ayında Yasamal rayonu, Xiyabani küçəsi, 33 ünvanının qarşısında baş verib. 22 yaşlı Kamil Vaqif oğlu Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 26 yaşlı Emin Ələsgər oğlu Babaverdiyevi bıçaqlayıb. Üç bıçaq xəsarəti alan yaralı elə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.