Saatlıda iki avtomobil toqquşdu, ölən var


Digərləri 10 Sen 2019 14:55:10 248 0

Saatlıda iki avtomobil toqquşdu, ölən var

Saatlı rayonunun Qırağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Saatlı rayonunun Qırağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 9-da saat 10 radələrində Saatlı rayonunun Qırağlı kəndi ərazisində Bakı şəhər sakini Z.Hüseynovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Saatlı rayon sakini Taleh İlqaroğlunun idarə etdiyi “VAZ-21074” markalı avtomobil toqquşub. Nəticədə T.İlqaroğlu xəstəxanaya aparlılarkən yolda ölüb. Saatlı RPŞ tərəfindən araşdırma aparılır.