"Məhsul" stadionu "haray"ı:


Siyasət 10 Sen 2019 13:41:18 66 0

"Məhsul" stadionu "haray"ı:

Azərbaycanın normal, əqidəli, prinsipial və ən başlıcası, konstruktiv müxalifətə ehtiyacı var. Bu ehtiyacın doğurduğu səbəblərin sonradan yaratdığı partiyalar, hərəkatlar, təşkilatlar - bir sözlə, indi müxalifət düşərgəsində qərarlaşmış qurumları, gerçəkdən də, demokrat, xalqın mənafeyi ilə dövlətin maraqlarını ümdə bilən strukturlar saya bilərikmi?

Cavab mənfidir.

Radikallaşan, sərtləşən, tündləşən, aqressivləşən müxalifət liderlərinin bəyanatlarını oxuduqca, çıxışlarını dinlədikcə əyan olur ki, dünya dəyişir, insanlar dəyişir, amma 26 ilin nəqarətləri, şüarları dəyişmir.

"Biz gələcəyik!", "Bu hakimiyyət getməlidir!", "Talana yox!", "Azadlıq!", "İstefa!" - tanış şüarlardır, deyilmi?!

1994-cü ildən bəri eyni sözlər, eyni insanlar, eyni üzlər və o üzlərə salınan hikkələr, ambisiyalar. Üstəlik, bitmək bilməyən oyunlar, tükənməyən intriqalar, mənasız didişmələr, əsaslı ittihamlar və əsassız suçlamalara yükləşmiş böhtanlar.

Budur indiki Azərbaycan müxalifəti.

Halbuki cəmiyyətin gerçəkləşməmiş sosial sifarişi var - müxalifət. Normal, adekvat, işbilən, qətiyyətli, yeri gələndə radikal, yeri gələndə masa arxasında hakimiyyət mənsubları ilə səmimi müzakirələr və məsləhətləşmələr aparacaq siyasi qüvvələr.

Təmərküzləşmə, birləşmə də gərək deyil.

Azərbaycandakı müxalifətin uşaq xəstəliyidir bu birləşmə oyunu. SİDSUH, DUBB, DABB, "Tərəqqi", "İnkişaf", "Demokratik Konqres", "Demokratik Birlik" - 1994-cü ildən bəri ölkənin aparıcı müxalifət partiyaları ilə bahəm, adları və özləri yalnız kağızlarda keçən, üzvlərinin sayı sədrdən və kətilindən ibarət olan partiyalaradək 49 (!) partiya, hərəkat və təşkilat 231 (!) dəfə birləşməyə cəhd göstəriblər, danışıqlar və müzakirələr aparıblar.

Alınmayıb, çünki alına da bilməzdi. Daha doğrusu, alınmamalıydı da.

Sivil və normal ölkələrdə müxalifətdəki partiyaların bir neçəsi  - hamısı yox! - seçkilər ərəfəsində müvəqqəti koalisiya qururlar ki, səsvermədə qalib gəlsinlər, hakimiyyətdə bərqərar olsunlar. Məqsəd hökumətin formalaşması zamanı koalisiya quruculuğuna izafi vaxt və qüvvə ayırmamaq istəyidir. Belə koalisiyalar asanlıqla yaranmır. Təcrübə göstərir ki, məhz hakimiyyət koalisiyasının qurulması zamanı bir çox iqtidarlar çökür, yeni və ya növbədənkənar seçkilərə zərurət duyulur.

"Vahid müxalifət" anlayışı absurddur. Çünki solçu ilə sağçı, liberalla mühafizəkar, libertarianla radikal dindarı çox az məqam qısamüddətli bir araya gətirə bilər. Koalisiya alınsa da, ölü doğulur. Olsa da, ömrü qısadır.

Azərbaycanda isə tam əksinə - radikallaşmış müxalifət liderləri "birlik" uniyası yaradaraq mənsub olduqları düşərəgədə məmə deyəndən pəpə yeyənədək hamını bir araya yığmaq istəyiblər.

Təbii ki, AXCP ilə Müsavatın, Milli İstiqlalla "Əhrar"ın, "yurdçular"la "klassik"lərin, demokratlarla islamçıların mövqeləri tam müxtəlif olduğundan "birlik" az sonra didişməyə, qarşılıqlı haqq-hesab istəklərinə, sonda da suçlama, aşağılama və təhqir meydanına çevrilib.

Başlıca səbəb isə radikal müxalifət liderlərinin - ifadəyə görə məzur tutun, çünki ifrat radikallaşmış siyasətçinin düşüncə və izhar aqressivliyinin başqa adı yoxdur - siyasi əqidəni vicdani əqidədən ayrı tutmalarıdır. Onların qəti fikrincə, vicdanla siyasət alayı məsələlərdir və ümumiyyətlə, "siyasət çirkin işdir".

Böyük rusiyalı rejissor Aleksandr Sokurovun 2015-ci ildə çəkdiyi "Frankofoniya" sənədli-bədii filmi var. Film İkinci Dünya Savaşı illərində alman nasistlərinin fransız tarixçilər və mütəxəssislərlə birlikdə Luvrdakı şedevrləri birgə mühafizə etmələri haqdadır.

Fransa həmin illərdə alman işğalı altında olsa da, şedevrləri qorumaq üçün fransızlar nasistlərlə əməkdaşlıq, tərəfdaşlıq edirlər.

Bu, xəyanətdirmi? Yox.

Müxalifətimiz hələ də dərk etmir ki, millətin və dövlətin maraqları üçün hətta işğalçı ilə də danışıqlar aparmaq, onu işğal etdiyi torpaqlardan çəkilməyə vadar etmək olar.

Bu, vicdani və siyasi əqidələr arasında birliklə yanaşı, fərqlilikdir.

Radikallaşmış müxalifət liderləri, yəni AXCP sədri Əli Kərimli, marionet "Milli Şura"nın rəhbəri Cəmil Həsənli, Müsavatın təsərrüfat işləri müdiri Arif Hacılı və çapları daha kiçik olanlarsa hesab edirlər ki, xeyr, hakimiyyətlə heç bir danışıq, müzakirə ola bilməz. Belə deyirlər.

Onu da vurğulayırlar ki, heç bir məsələ (!) indiki iqtidarla müxalifət arasında təhlil və ya diskussiyaya səbəb ola bilməz.

"Bəy" xitabına ünvan olunan, amma əsla bəy kimi davranmayan cənablar hələ də bilmirlər və bilmək də istəmirlər ki, insanların siyasi seçimi onların normal davranışıdır.

Vicdani seçim isə bilavasitə mənəviyyat məsələsidir.

Meydanlara çıxıb "İstefa!", "Ar olsun!", "Rədd olun!" bağırmaq siyasət deyil və siyasi mədəniyyət, mübarizlik, dönməzlik göstəricisi də deyil.

Mitinq və yürüş taktikası iflasa uğramış ideyadır. çünki 30, 40, lap elə olsun 100 min adamı bir araya gətirməklə hakimiyyət dəyişikliyinə nail olmaq mümkün deyil.

Sosial şəbəkədəki fəallığa, daha dəqiq olsaq, trolların dəstəyinə aldanaraq bunu ümumxalq istəyi sayan "lider"lər hələ də aldanırlar, illüziyalar və xəyallar aləmində yaşayırlar, qəflət yuxusundan ayılmaq istəmirlər.

Onlar hələ də bilmirlər və bilmək istəmirlər ki, "avtoritet" və "avtoritarizm" kəlmələri arasında uçurum fərqi var.

Avtoritet kimi görünmək istəyib dərnəyə çevrilmiş partiyalarını avtoritarizm üsulları ilə idarə edən - yaxud idarə etmək görüntüsü yaradan - bu şəxslərin fəaliyyət prinsipləri arasında "Mənimlə olmayan mənə qarşıdır!" anlamı əlahiddə yer tutur.

Baxın Əli Kərimliyə. Niyə bu şəxs? Onunla heç bir qəsdi-qərəzim yox, ola da bilməz. Sıradan bir siyasətçi. Di gəl, adam özünü "müxalifət lideri, hakimiyyətə sinə gərən şəxs"  sayırsa və tərəfdarları da sosial şəbəkələrdə "Ləbbeyk, ya Əli!" yazırlarsa, deməli, AXCP sədrindən bəhs etməyim qayət təbiidir.

Hər halda Əmək, Milli Vəhdət, Birlik, Kommunist və ya Əhrar kimi mikrosokpik, partiya anlayışına parodiya olan partiyalarından, onların liderlərindən bəhs edərək fokusda onlardan birini tutsaydım, absurd alınardı.

56 partiyanın arasında məhz AXCP "Bizik!" deyirsəm, o partiyaların sədrləri arasında Əli Kərimli "Məhz mən!" deyirsə və bunu spiçrayterinə çevrilmiş Sevinc Osmanqızının YouToube kanalına Skype vasitəsilə qatılaraq az qala hər gün zikr kimi təkrarlayırsa, niyə təəccüblənir ondan bəhs etməyimə?

Çəkilsin kənara, mən də Azərbaycan Kəndli Partiyası və yainki Qorqud Partiyası kimi namıdəyər, meqaqüdrətli, qalaktik potensiallı siyasi təşkilatlardan yazım.

Yox axı, Əli Kərimli inad edir, Arif Hacılını virtual məkanda bir kənara itələyir, REAL-ın biçarə sədri İlqar Məmmədovun siyasi pişiyini ittiham ağacına dırmaşdırır, "Milli Şura"nın ictimai əsaslarla ahıl aşığı Cəmil Həsənlini yanına salıb onun canına cəfa verib tribunalara çıxarır, Sərdar Cəlaloğlunu "bir sinif kimr ləğv etmək"lə məşğuldur və ilaxır.

Sadəcə, son, bugünkü misal.

AXCP sədri - qoy, belə yazım, bihudə könlü bəlkə xoş ola - Əli Kərimli bloqerlik fəaliyyətini davam etdirərək Facebook səhifəsində "Məhsul" stadionunun rekonstruksiyası ilə bağlı həyəcan akkardeonu çalır: "Məhsul stadionunu sökürlər. Gördünüzmü xalqdan, onun elliklə etiraza çıxmasından necə qorxurlar? 19 yanvar mitinqi zamanı yaşadıqları həyəcan hələ də canlarından çıxmayıb. 19 yanvarın qisasını "Məhsul" stadionundan alırlar. Yenə də səhv yoldadırlar. 19 yanvarın hikməti, gücü indi sökülən stadionda yox, xalqda idi. Bəs 19 yanvardan sonra narazılığı, etiraz enerjisi daha da artmış, dəyişiklik istəyən xalqla nə edəcəklər? Məhsul" stadionunu sökməyə peşiman olmamaq üçün ya təcili təmir edib xalqa qaytarın, ya da mərkəzdə mitinqlər üçün yerlər ayırın. Əks təqdirdə bir gün mütləq "Məhsul"u sökdüyünüz üçün peşiman olacaqsız. Ancaq sonrakı peşimançılıq da fayda verməyəcək".

Əli Kərimlinin məntiqinə görə, bu yazıdan sonra Bakı Şəhər İcra Hakimiyyətində ucdantutma hamı təşvişə düşməli, dərhal "Məhsul" stadionuna tərəf yürüməli, oradakı ekskavator və traktorları əllə dartıb çıxarmalı, sonra da kütləvi şəkildə AXCP sədrindən üzr istəməlidirlər.

Bu, nə marazmatik məntiq, bu, nə çağa dərrakəsidi belə?

"Məhsul" stadionunun söküldüyünü nəyə və ya kimdən aldığı məlumata əsasən iddia edir cənab Kərimli? Və ümumiyyətlə, özünü "müxalifət lideri", "misilsiz və qətiyyətli mübariz", "intellektual siyasətçi" hesab edən adam nə üçün sosial şəbəkədə belə isterik paylaşım etməzdən əvvəl ona ötürülən foto ilə verilən xəbəri dəqiqləşdirmir?

Cavab həmişəki kimidir: istəmir, çünki sərf etmir.

Əvəzində "verməlisiniz", "etməlisiniz" tipli ifadələr, "dayanın hələ, başınıza oyun açacağıq" hədələri.

Məhəllədə aşıq-aşıq oyununu və tin davasını siyasi mübarizə səviyyəsinə yüksəldən AXCP sədrinin necə "lider" olduğunu, sadəcə, bir foto ilə bağlı hədələrə, qarğışlara və vaysınmalara əl atması ortaya qoyur.

Məlumatsız olmasına rəğmən, tələsik "bəyanat"ı fürsət bilən Əli Kərimli Azərbaycanın radikal müxalifətinin güzgüdəki ümumiləşmiş əksidir.

Əfsuslar olsun zavallılıq həddinə özünü çatdırmış "lider"lərə.

Halonki siyasət nifrət dili deyil, ey tövbəyə gəlməz büt...

Elçin Alıoğlu Son.az

Taksitlə ödə, Honda Civic qazan! like
  • 10 Sen 13:37  
Digərləri Taksitlə ödə, Honda Civic qazan!

Kapital Bank BirKart müştəriləri üçün stimullaşdırıcı lotereya keçir

arrow Ətraflı
Azərbaycanlı futbolçunu Messiyə bənzətdi like
  • 10 Sen 13:32  
İdman Azərbaycanlı futbolçunu Messiyə bənzətdi

Goal.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbo

arrow Ətraflı
VISA: Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb like
  • 10 Sen 13:31  
Digərləri VISA: Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmində artım müşahidə olunur

arrow Ətraflı
AŞ PA prezidenti Azərbaycana gələcək like
  • 10 Sen 13:30  
Siyasət AŞ PA prezidenti Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Lilian Mori Pask

arrow Ətraflı
Bakıda I sinifə qəbul üçün elektron qeydiyyatdan keçən şagirdlərin like
  • 10 Sen 13:28  
Digərləri Bakıda I sinifə qəbul üçün elektron qeydiyyatdan keçən şagirdlərin

Sentyabrın 10-na (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebe

arrow Ətraflı
Bakıda 27 dərəcə isti olacaq, like
  • 10 Sen 13:27  
Digərləri Bakıda 27 dərəcə isti olacaq,

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Dəmirlə zəngin qidaların qəbulu nə üçün vacibdir? like
  • 10 Sen 13:26  
Digərləri Dəmirlə zəngin qidaların qəbulu nə üçün vacibdir?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Trend.az ilə birgə layi

arrow Ətraflı
"Məhsul" stadionunda təmir işləri başlayıb like
  • 10 Sen 13:25  
Digərləri "Məhsul" stadionunda təmir işləri başlayıb

Bakı şəhəri, Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində ("Məhsul

arrow Ətraflı
İnsan üzlü buzov doğuldu like
  • 10 Sen 13:24  
Digərləri İnsan üzlü buzov doğuldu

Argentinaın Santa Fe əyalətində qeyri-adi hadisə baş verib.

arrow Ətraflı
Azərbaycanlı aparıcı AĞIR ƏMƏLİYYATA GİRDİ like
  • 10 Sen 13:20  
Şou-biznes Azərbaycanlı aparıcı AĞIR ƏMƏLİYYATA GİRDİ

Aparıcı-aktrisa Könül Yusif qızı bu dəqiqələrdə əməliyyat olunur.

arrow Ətraflı
DOST agentliyi və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edir like
  • 10 Sen 13:20  
Digərləri DOST agentliyi və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edir

DOST agentliyi və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edir

arrow Ətraflı
Timati 1,3 milyon “dislike” alan klipini “Youtube”dan sildi like
  • 10 Sen 13:15  
Digərləri Timati 1,3 milyon “dislike” alan klipini “Youtube”dan sildi

Ötən gün rusiyalı reperlər Timati və Qaf Moskvaya həsr etdikləri klipi t

arrow Ətraflı