Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb


Digərləri 10 Sen 2019 14:14:00 172 0

Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb

Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb

Bakı. Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri başa çatıb. Bu mərhələdə Azərbaycan millisinin 1 üzvü də qüvvəsini sınayıb. Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 81 kq çəkidə mübarizə aparan Murad Allahverdiyev üçüncü döyüşündə rusiyalı İlya Boqatıryovla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə M.Allahverdiyev Avropa çempionatını bürünc medalla başa vurub.