Bu xəstələrə ŞAD XƏBƏR:


Digərləri 10 Sen 2019 14:09:00 252 0

Bu xəstələrə ŞAD XƏBƏR:

Hemofiliyadan əziyyət çəkən insanlar bu xəstəliyin yeni bilinən müalicə metodu ilə sağala bilərlər. Son.az ARB TV-yə istinadən xəbər verir ki, xəstəliyin Naftalan neftilə müalicə oluna biləcəyi aşkarlanıb. Fuad Qasımov - Hemofiliyadan əziyyət çəkən: "Dişim qanadı, kəsmədi, ayrı yerə getdik götürmədilər. Gəldim bura. Onda bildim ki, hemofilikəm. Dirsəklərimdə, oynaqlarımda qan yığılır. Qaçanda ağrıyır, bir yerim kəsiləndə qan kəsmir". İllərdir ki, hemofiliyadan əziyyət çəkən Fuad deyir ki, ona bu xəstəlik babasından keçib. Ailəsində ondan başqa iki qardaşı, yaxın qohumları da bu xəstəliklə mübarizə aparır. Fuad ən çox oynaqlarında olan ağrılardan şikayətlənir. Elə hazırda Hemofiliya Mərkəzində bu yöndə müalicəsini davam etdirir. Mərkəzin direktoru Elmira Qədimova deyir ki, müraciət edən pasiyentlərin 10-dan 8-i məhz oynaq ağrılarının əziyyət çəkir. Daha çox kişilərdə rast gəlinən qan xəstəliyi uşağa anadan keçir. Təkcə cari ildə mərkəzdə qeydiyyata alınan 28 xəstədən 17-si 1-15 yaş arası uşaqlardır. Elmira Qədimova - Respublika Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri: "1200-ə qədər hemofiliya A-dır. Yəni, bu xəstələrin faktoru 8-ci normadan qat-qat aşağıdır. 100-dən çox hemofiliya B-dir. Qeyri faktorların çatışmazlığı 112 nəfər xəstəmiz qeydiyyatdadır. Bu xəstələrə isti hamamda çox çimmək, gün altında gəzmək, iti kəsici alətlərdən istifadə etmək, qandurulayıcı dərmanlar olmaz". Elmira xanım deyir ki, müraciətlər əsasən Bakı və Sumqayıtdan olur. Bu hal qohum evliliklər arasında daha çox yayılır. Hemofiliyalı xəstələr 2005-ci ildən bəri dövlət hesabına müalicə olunurlar. İndi isə hemofiliyadan əziyyət çəkənlərin Naftalan neftindən faydalana biləcəyi aşkar edilib. Gülnarə Hüseynova - Hemofiliyalı Xəstələrin Respublika Assosasiyasının rəhbəri: "Artıq bu neftlə müalicə elmi təsdiqini tapıb. Bu həftə ərzində müvafiq dövlət strukturlarına təklif edəcəyik ki, xəstələrimizin Naftalan nefti ilə müalicəsi üçün göndərişlər olsun". Mütəxəssislər bu metodun tətbiqinə olduqca ehtiyatlı yanaşmaq lazım olduğunu deyirlər. Elmira Qədimova - Respublika Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri: "Bu xəstələrə asta yanaşmaq lazımdır, çünki damarlar genişlənir, burun qanaxmaları ola bilər olsun. Mədə - bağırsaq qanaxması açıla bilər. Diqqətli olmaqda fayda var. Travmatoloqlarla, fizoterapevtlərlə, hermotoloqlarla oturub bu məsələni müzakirə etmək lazımdır. Biz xəstəni yollayarıq, lakin gərək oradakı mütəxəssislər bilməz, xəstəmizi Naftalan vannasına, 30 dərəcə yüksək temperatura salar. Nəticədə oynağı şişə və s. kimi fəsadlar ortaya çıxar". Bu metodun xəstələrə tətbiqi üçün Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası müraciət hazırlayıb. Müraciətin yaxın günlərdə aiddiyatı qurumlara ünvanlanacağı bildirildi.

(adsgarden = window.adsgarden || []).push({});