Dəmirlə zəngin qidaların qəbulu nə üçün vacibdir?


Digərləri 10 Sen 2019 13:26:02 50 0

Dəmirlə zəngin qidaların qəbulu nə üçün vacibdir?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Trend.az ilə birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir.

Bakı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Trend.az ilə birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Dəmirlə zəngin qidaların qəbulunun orqanizmə faydası” haqqında olacaq. Hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir. Dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun - qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqlarının immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir. Odur ki, dəmirlə zəngin qidaların qəbul edilməsi olduqca vacibdir. Dəmir insan orqanizmi üçün faydalı elementlərdəndir. Bir çox qidalarda olsa da, bəzi məhsullara əlavə olunur və qida əlavə kimi istifadə edilir. Hemoqlobinin əsas tərkib hissəsi olmaqla eritrosit zülalına daxildir və oksigeni ağciyərlərdən toxumalara ötürməklə orqanizmi oksigenlə zənginləşdirir. Dəmir orqanizmi oksigenlə təmin edən digər miyoqlobin zülalının da əsas tərkib hissəsinə daxildir. O əzələdə mübadiləni dəstəkləyir və birləşdirici toxumanın sağlam inkişafına kömək edir. Dəmir böyümə, nevroloji inkişaf, hüceyrələrin işləməsi və bəzi hormonların sintezi üçün də lazımdır. Qidada dəmir hem və qeyri-hem formasındadır. Bitki və dəmirlə zəngin olan qidalarda yalnız non hem dəmiri var. Ət, dəniz məhsulları və quş ətinin tərkibində həm hem, həm də qeyri-hem dəmiri olur. Nonheme dəmirinin qidada əsas qaynaqları qoz-fındıq, lobya, tərəvəz və taxıl məhsullarıdır. Qidalarda dəmir ehtiyacının təxminən yarısı çörək, dənli bitki və digər taxıl məhsullarından gəlir. Bundan başqa ana südündə yüksək miqdarda bioyararlı dəmir var. Lakin 4-6 aydan böyük uşaqların ehtiyaclarını ödəmək üçün bu kifayət etmir. Odur ki, mütəxəssislər tərkibində dəmir olan qida məhsullarının istehlakını tövsiyə edirlər. Bunlar əsasən qaraciyər (ancaq hamiləlik zamanı istifadə edilməsi məsləhət deyil), ət, paxlalı bitkilər, qoz-fındıq, quru meyvələr, tam taxıllı məhsullar, alma, yumurta sarısı, kələm, qırmızı çuğundur, kök, sarımsaq, soğan, noxud, balıq və balıq məhsulları, səhər yeməyi üçün bərkidilmiş dənli bitkilər, soya unu, tünd-yaşıl yarpaqlı tərəvəzlərdir. Nəzərə almaq lazımdır ki, dəmirin yüksək miqdarda qəbul edilməsinin əks təsirləri də var. Məsələn, normadan artıq dəmir qəbulu qəbizlik, halsızlıq, qusma və mədə ağrısı kimi xoşagəlməz hallar yaradır. Odur ki, dəmirin gündəlik qəbulu müəyyən edilən normanı keçməməlidir. Dəmirin tövsiyə edilən gündəlik dozası Əhali qrupu Yaş Ortalama günlük doza Südəmər uşaqlar 0-0.5 6 mq Südəmər uşaqlar 0.5-1 10 mq Uşaqlar 1-3 10 mq Uşaqlar 4-6 10 mq Uşaqlar 7-10 10 mq Kişi 11-14 12 mq
"Məhsul" stadionunda təmir işləri başlayıb like
  • 10 Sen 13:25  
Digərləri "Məhsul" stadionunda təmir işləri başlayıb

Bakı şəhəri, Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində ("Məhsul

arrow Ətraflı
İnsan üzlü buzov doğuldu like
  • 10 Sen 13:24  
Digərləri İnsan üzlü buzov doğuldu

Argentinaın Santa Fe əyalətində qeyri-adi hadisə baş verib.

arrow Ətraflı
Azərbaycanlı aparıcı AĞIR ƏMƏLİYYATA GİRDİ like
  • 10 Sen 13:20  
Şou-biznes Azərbaycanlı aparıcı AĞIR ƏMƏLİYYATA GİRDİ

Aparıcı-aktrisa Könül Yusif qızı bu dəqiqələrdə əməliyyat olunur.

arrow Ətraflı
DOST agentliyi və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edir like
  • 10 Sen 13:20  
Digərləri DOST agentliyi və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edir

DOST agentliyi və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edir

arrow Ətraflı
Timati 1,3 milyon “dislike” alan klipini “Youtube”dan sildi like
  • 10 Sen 13:15  
Digərləri Timati 1,3 milyon “dislike” alan klipini “Youtube”dan sildi

Ötən gün rusiyalı reperlər Timati və Qaf Moskvaya həsr etdikləri klipi t

arrow Ətraflı
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən spirtli içkilər və siqaretlər aşkarlanıb like
  • 10 Sen 13:14  
Digərləri Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən spirtli içkilər və siqaretlər aşkarlanıb

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən spirtli içkilər və siq

arrow Ətraflı
Yol polisi Göyçay və İsmayıllıda reyd keçirdi, 30 avtobus sürücüsü saxlanıldı like
  • 10 Sen 13:09  
Digərləri Yol polisi Göyçay və İsmayıllıda reyd keçirdi, 30 avtobus sürücüsü saxlanıldı

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Göyçay və Ağdaş rayon

arrow Ətraflı
QMİ sədri, komitə rəhbəri, millət vəkilləri də qan verdilər  FOTO like
  • 10 Sen 13:05  
Digərləri QMİ sədri, komitə rəhbəri, millət vəkilləri də qan verdilər FOTO

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İda

arrow Ətraflı
PAŞA Bank Miles&Smiles kartı daha əlçatan oldu! like
  • 10 Sen 13:05  
Digərləri PAŞA Bank Miles&Smiles kartı daha əlçatan oldu!

Müştərilərinin rahatlığını daima diqqət mərkəzində saxlayan PAŞA Ba

arrow Ətraflı
Real-ın hücumçusu zədələndi like
  • 10 Sen 13:03  
İdman Real-ın hücumçusu zədələndi

Serbiya millisinin futbolçusu Luka Yoviç zədələnib.

arrow Ətraflı
AŞ PA prezidenti Azərbaycana gələcək like
  • 10 Sen 12:59  
Digərləri AŞ PA prezidenti Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Lilian Mori Pask

arrow Ətraflı
ATVdə bu veriliş DAHA OLMAYACAQ like
  • 10 Sen 12:58  
Şou-biznes ATVdə bu veriliş DAHA OLMAYACAQ

ATV telekanalında Əməkdar artist Məlahət Abbasovanın təqdimatında yayı

arrow Ətraflı