"Dünyaya göstərmək istəyirik ki, biz də futbol oynaya bilirik" - Təmkin Xəlilzadə


İdman 10 Sen 2019 13:14:00 60 0

"Dünyaya göstərmək istəyirik ki, biz də futbol oynaya bilirik" - Təmkin Xəlilzadə

Millimizin müdafiəçisi Təmkin Xəlilzadə Avro-2020-nin seçmə mərhəlləsində Xorvatiya ilə Bakıda heç-heçə (1:1) etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Goal.az xəbər verir ki, komandamıza xal qazandıran qolun müəllifi əvvəlcə görüş haqda danışıb. 

- Uelslə görüşdən sonra bu oyuna hazırlaşmağa çox da vaxtımız olmamışdı. Britaniyadakı məğlubiyyət bizi bir qədər üzmüşdü. Buraxdığımız qollar, xüsusən, 85-ci dəqiqədə qapımızda gördüyümüz qol bizim səfərdən xalla qayıtmağa olan inamımızın üstündən xətt çəkmişdi. Sevinirik ki, Bakıya döndükdən sonra baş məşqçimiz bizi bu görüşə tam köklədi, hazırlaşdıq və yaxşı nəticə əldə etdik. Düzdü, Xorvatiyanı yaxşı incələmişdik, amma bu rəqibin analizə o qədər də ehtiyacı yox idi. Onların kimlikləri hamıya məlum idi. Dünya ikincisi olmuşdular. Oyunun ilk 10 dəqiqəsi ərzində çoxlu qol imkanları oldu. Lakin qapıçımız Emil Balayev çox inamlı çıxış etdi. İkinci hissədə oyuna girdikdən sonra ilk epizodumda Cavid Hüseynovla "divar ötürməsi" nəticəsində zərbəmi rəqib qapıçı dəf etdi. Bu epizoddan sonra "Xorvatiyaya qol vurmaq olar" deyə özümdə inam yarandı. Sonadək vuruşduq və 1:1 hesablı heç-heçəyə nail olduq. Qolu vurduğuma görə isə çox xoşbəxtəm.

- Xorvatiya millisi Bakıya Slovakiya üzərində 4:0 hesablı səfər qələbəsi ilə gəlmişdi. Düşünmürdünüz ki, yenə böyük hesabla uduza bilərsiniz?

- Bu rəqibi Zaqrebdə 1:2 hesabı ilə uduzduğumuz görüşdən tanıyırdıq. Bu, futboldur. 0:5 hesabı ilə uduza və ya 1:0 hesablı qələbə qazana bilərsən. Hər cür nəticə gözləniləndir. Futbol elə yerə gəlib çıxıb ki, hər bir komanda müqavimət göstərməyi bacarır. Meydana çıxarkən həm xalqımıza, həm də dünyaya onu göstərmək istəyirik ki, biz də futbol oynaya bilirik, əl-qolumuzu yanımıza sallamırıq. Sevinirik ki, xal qazandıq.

- Sizcə, Xorvatiyaya qalib gəlmək də mümkün idi?

- Qol imkanları rəqibdə də, bizdə də var idi. Son dəqiqələrdə bəlkə də qələbə qolunu vurmaq olardı. Amma olmadı.

- Qrupu xalsız da başa vurma ehtimalı var idi. Amma artıq ilk xal qazanılıb. Qrup mərhələsini neçə xalla başa vurmaq olar?

- Növbəti oyunumuz səfərdə Macarıstanladır. Daha sonra Slovakiya ilə səfər və Uelslə ev oyunu olacaq. Qalan 3 maçtda da çalışacağıq ki, xalqımızı sevindirək.

- Rəqibin müdafiə xəttini yararaq vurduğunuz qolla bağlı nə deyə bilərsiniz?

- Özümə çox inanırdım. Məşqlərdə də belə epizodlar üzərində çox işləyirdik. Sevinirəm ki, alındı.

- Gələcək oyunlarda daha irəli mövqelərdə oynamağın mümkündür?

- Buna məşqçilər heyəti qərar verəcək. Hansı mövqeyə buraxsalar, milli komanda üçün əlimdən gələni etməyə hazıram.

Yol polisi Göyçay və İsmayıllıda reyd keçirdi, 30 avtobus sürücüsü saxlanıldı like
  • 10 Sen 13:09  
Digərləri Yol polisi Göyçay və İsmayıllıda reyd keçirdi, 30 avtobus sürücüsü saxlanıldı

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Göyçay və Ağdaş rayon

arrow Ətraflı
PAŞA Bank Miles&Smiles kartı daha əlçatan oldu! like
  • 10 Sen 13:05  
Digərləri PAŞA Bank Miles&Smiles kartı daha əlçatan oldu!

Müştərilərinin rahatlığını daima diqqət mərkəzində saxlayan PAŞA Ba

arrow Ətraflı
QMİ sədri, komitə rəhbəri, millət vəkilləri də qan verdilər  FOTO like
  • 10 Sen 13:05  
Digərləri QMİ sədri, komitə rəhbəri, millət vəkilləri də qan verdilər FOTO

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İda

arrow Ətraflı
Real-ın hücumçusu zədələndi like
  • 10 Sen 13:03  
İdman Real-ın hücumçusu zədələndi

Serbiya millisinin futbolçusu Luka Yoviç zədələnib.

arrow Ətraflı
AŞ PA prezidenti Azərbaycana gələcək like
  • 10 Sen 12:59  
Digərləri AŞ PA prezidenti Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Lilian Mori Pask

arrow Ətraflı
ATVdə bu veriliş DAHA OLMAYACAQ like
  • 10 Sen 12:58  
Şou-biznes ATVdə bu veriliş DAHA OLMAYACAQ

ATV telekanalında Əməkdar artist Məlahət Abbasovanın təqdimatında yayı

arrow Ətraflı
Qızı zorlayan şəxsin əlini bağlayıb like
  • 10 Sen 12:52  
Dünya Qızı zorlayan şəxsin əlini bağlayıb

Meksikada bir qadına təcavüz etdiyi iddia edilən şəxs mafiya üzvləri t

arrow Ətraflı
Sabah hava necə olacaq? like
  • 10 Sen 12:50  
Digərləri Sabah hava necə olacaq?

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
"Məhsul" stadionunda təmir işləri başlayıb like
  • 10 Sen 12:48  
Digərləri "Məhsul" stadionunda təmir işləri başlayıb

Bakı şəhəri, Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində (“Məhsul”

arrow Ətraflı
Qarayaraya yoluxan xəstələrlə bağlı son durum like
  • 10 Sen 12:47  
Digərləri Qarayaraya yoluxan xəstələrlə bağlı son durum

Səhiyyə Nazirliyi Sabirabad rayonunda qarayara xəstəliyinin aşkarlandığı

arrow Ətraflı
“Məni istəməyənləri məhv edirəm” like
  • 10 Sen 12:38  
Şou-biznes “Məni istəməyənləri məhv edirəm”

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova Xalq artisti Br

arrow Ətraflı