Bacısının sevgilisini öldürən hakimə yüngül cəza verildi


Kriminal 10 Sen 2019 12:11:00 276 0

Bacısının sevgilisini öldürən hakimə yüngül cəza verildi

Xırdalan şəhərində bacısının sevgilisini öldürməkdə təqsirləndirilən Ələkbər Ağakişiyevin barəsində olan hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Prokurorun təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması barədə verdiyi şikayət təmin olunmayıb.

Bundan başqa, zərərçəkmiş tərəfində eyni tələblə verdiyi şikayət rədd edilib.

Qeyd edək kİ, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələkbər Ağakişiyevin əməli Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib. Ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

İstintaq orqanı tərəfindən Ələkbər Ağakişiyevin barəsində Cinayət Məcəlləsinin 26.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilmişdi.

İttihama görə, ötən il iyun 28-də Xırdalan şəhərində Pərviz Həbibovun evində meyiti tapılıb. İlkin məlumatda onun infarktdan öldüyü qeyd olunub.