Bakı və Şəmkirin bəzi qəsəbələrində qaz olmayacaq


Digərləri 10 Sen 2019 11:53:00 239 0

Bakı və Şəmkirin bəzi qəsəbələrində qaz olmayacaq

Sentyabrın 10-da saat 12:00-dan etibarən "Zabrat-əhali" orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İB-dən Son.az-a verilən məlumata əsasən, gün ərzində "Zabrat-2", Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq.