Modriç: "Heç nədən bir oyunçu 3-4 futbolçumuzu keçib bizə qol vurdu"


İdman 10 Sen 2019 10:48:00 35 0

Modriç: "Heç nədən bir oyunçu 3-4 futbolçumuzu keçib bizə qol vurdu"

Xorvatiya milli komandasının kapitanı Luka Modriç Bakıda Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2020-nin seçmə oyunundan sonra brifinq keçirib. 

Goal.az 34 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir...

- Doğum gününüzdə qol vursanız da, hesabı qoruya bilmədiniz. Oyunu necə dəyərləndirərdiniz?

- Təəssüf ki, istədiyimiz 3 xalı qazana bilmədik. Halbuki, oyuna kifayət qədər yaxşı başlamışdıq. İlk 20-25 dəqiqə ərzində çox yaxşı çıxış etdik, qol vurduq və daha bir-ikisini də vura bilərdik. Bundan sonra ola bilsin, bir qədər rahatlaşdıq və Azərbaycan yığmasına qol şansları yaratmaq imkanı verdik. Onlar oyunun sonlarında hesabı bərabərləşdirə bildilər. Deyəsən, bizə işimizi çətinləşdirmək xoş gəlir. Son 2 oyunda 4 xal qazanmağı bacarmışıq. Qarşıda hələ 3 oyunumuz var. Fikrimcə, yekunda Avropa çempionatına vəsiqə qazanacağıq.

- Siz oyuna yanaşmadan çox danışmışdınız. Amma matçın startından cəmi 15 dəqiqə sonra çətinlikləriniz başladı. Nə baş verdi?

- İzah etmək çətindir. Biz çox yaxşı başlamışdıq və oyunu lazımınca apara bilərdik. Təəssüf ki, hansısa səbəbdən bunu bacarmadıq. Bunu dəcəllik kimi qiymətləndirmək də olar. Çünki həqiqətən də dominantlıq etdiyimizi görürdük. Biz rəqibə imkan verirdik ki, təhlükəli epizodlar yaratsınlar. Matçın gedişində onlar hücumlarını daha da çoxaltdılar və heç nədən bir oyunçu 3-4 futbolçumuzu keçib bizə qol vurdu. Buna yol vermək olmazdı. Nəticədə qələbəyə gücümüz çatmadı. Gəlin, növbəti oyunlara keçək. Hələ də hər şey öz əlimizdədir.

- Paltardəyişmə otağında məyusluq nə qədər idi?

- Əlbəttə, bu, məyusedici haldır. Çünki biz qələbəyə ümid edirdik. Xüsusən, o zaman ki, yaxşı oynayıb bu qədər şans yaradırsan. Hələ hər şey açıqdır. Avropa çempionatına vəsiqəyə iddia etmək üçün qarşıda 2 ev və 1 səfər oyunumuz var. Görünür, bizə hər şeyi sadə sonuclandırmaq xoş gəlmir. Buna görə də mübarizə aparmaqda davam etməliyik.

- Beləliklə, növbəti tur Macarıstan üzərində qələbə sizin üçün çox vacib olacaq...

- Yaxşı atmosfer və əla dəstək gözləyirəm. Biz uzun müddətdir Split şəhərində oynamırıq. Əlbəttə, qələbəmizə inanıram. Hazırda bütün xallar çox vacibdir. Sonra da qrupdakı vəziyyətə baxacağıq.

Şəmkir və Bakının bəzi qəsəbələrində qaz olmayacaq like
  • 10 Sen 10:46  
Digərləri Şəmkir və Bakının bəzi qəsəbələrində qaz olmayacaq

Sentyabrın 10-da saat 12:00-dan etibarən “Zabrat-əhali” orta təzyiqli qa

arrow Ətraflı
Nəsrinin “Yasaq alma”dakı səhnəsində Şeyma Subaşıya “söz atdılar” like
  • 10 Sen 10:45  
Digərləri Nəsrinin “Yasaq alma”dakı səhnəsində Şeyma Subaşıya “söz atdılar”

Ötən gün azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin də yer aldığı "

arrow Ətraflı
Nəsimi  7 böyük ozandan biri like
  • 10 Sen 10:41  
Digərləri Nəsimi 7 böyük ozandan biri

50 il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük Azə

arrow Ətraflı
Tramp saçlarını ələ salanlara cavab verdi like
  • 10 Sen 10:35  
Dünya Tramp saçlarını ələ salanlara cavab verdi

ABŞ Prezidenti Donald Tramp onun saçlarını ələ salanlara cavab verib.

arrow Ətraflı
Nəsimi - 7 böyük ozandan biri (VİDEO) like
  • 10 Sen 10:33  
Digərləri Nəsimi - 7 böyük ozandan biri (VİDEO)

50 il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük Azə

arrow Ətraflı
Zlatko Daliç: "Rəqib bizə layiq olduğu bərabərlik topunu vurmağı bacardı" like
  • 10 Sen 10:29  
İdman Zlatko Daliç: "Rəqib bizə layiq olduğu bərabərlik topunu vurmağı bacardı"

"Rəqibi təbrik edirəm. Komandamız oyuna yaxşı başladı və erkən

arrow Ətraflı
İmişlidə 4 otaqlı ev yanıb like
  • 10 Sen 10:26  
Digərləri İmişlidə 4 otaqlı ev yanıb

İmişli şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evi

arrow Ətraflı
Sosial şəbəkələrdə rüsvay edəcəyi ilə hədələdi like
  • 10 Sen 10:17  
Dünya Sosial şəbəkələrdə rüsvay edəcəyi ilə hədələdi

Bakıda rus əsilli şəxsi şantaj edərək ondan külli miqdarda pul alıblar.

arrow Ətraflı
"Qırmızı körpü" bərpadan sonra belə olacaq  FOTO like
  • 10 Sen 10:13  
Digərləri "Qırmızı körpü" bərpadan sonra belə olacaq FOTO

Ötən ilin əvvəllərindən bərpa olunan XII əsrə aid "Sınıq körpü

arrow Ətraflı
"Bu gün bütün ürəyimlə azərbaycanlıyam" - Nikola Yurçeviç like
  • 10 Sen 10:11  
İdman "Bu gün bütün ürəyimlə azərbaycanlıyam" - Nikola Yurçeviç

"Nəticəyə və komandamın çıxışına görə xoşbəxtəm

arrow Ətraflı