ETSN: Böyük Qafqazın yüksək dağlıq ərazilərinə qarın yağması normal hidrometeoroloji haldır


Digərləri 10 Sen 2019 10:40:00 162 0

ETSN: Böyük Qafqazın yüksək dağlıq ərazilərinə qarın yağması normal hidrometeoroloji haldır

Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qarın yağma ehtimalının olması barədə proqnoz verilmişdi və bu dövrdə həmin ərazilərə qarın yağması normal hidrometeoroloji haldır.

Bakı. İlhamə İsabalayeva - Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qarın yağma ehtimalının olması barədə proqnoz verilmişdi və bu dövrdə həmin ərazilərə qarın yağması normal hidrometeoroloji haldır. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, bu il sentybar ayında Böyük Qafqazın yüksək dağlıq ərazilərinə qarın yağması ilk dəfə müşahidə edilmir. Sentyabrın 8-də gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərində - Şahdağa sulu qar yağıb: