Şəmkir və Bakının bəzi qəsəbələrində qaz olmayacaq


Digərləri 10 Sen 2019 10:46:00 196 0

Şəmkir və Bakının bəzi qəsəbələrində qaz olmayacaq

Sentyabrın 10-da saat 12:00-dan etibarən “Zabrat-əhali” orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Bakı. Samir Əli - Sentyabrın 10-da saat 12:00-dan etibarən “Zabrat-əhali” orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq. “Azəriqaz” İB-dən Trend-ə verilən məlumata əsasən, gün ərzində “Zabrat-2”, Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq.